Elnur Xəlilov: “Müharibə meydanı ikibaşlı oyunu sevmir”

 

Müharibə başlayacağı təqdirdə çox ehtimal ki, Rusiya keçmiş SSRİ respublikalarından mövqe sərgiləməklərini tələb edəcək.

Belə olan halda Azərbaycan hakimiyyəti hansı taktiki addımı atacaq? Həmişə olduğu kimi yenə də məsuliyyətdən yayınmaq üçün “qarışmamazlıq”, “bitərəf” qalmaq siyasəti yürüdəcəkmi? Xeyir, bu müharibədir, Avropa Parlament Assambleyasının iclası deyil ki, ciddi seçim qarşısında qalanda iclas zalını tərk edib aradan çıxasan.

Həm də ikibaşlı oyunu da sevmir müharibə meydanı…
Konkret münasibət və ortaya mövqe qoymaq tələb olunacaq rəsmi Bakıdan. Bataqlıq qurbağaları kimi gölün ortasında dayanıb quruldamaq Rusiya üçün qəbulolunan deyil. Qızmış Rusiya onlardan tərəfkeşliyin rəsmi surətdə bəyan edilməsini istəyəcək.
Həmin məqam yetişəndə Azərbaycan hakimiyyətinin mahiyyəti bir daha açıq şəkildə hamıya bəlli olacaq.

P.S. Bir yol qalır, üzüsulu baş götürüb qaçmaq)))

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın