Elnur Xəlilov: “Lukaşenko və keçmiş SSRİ respublikalarında Putin ictimai-siyasi rejiminin davamçılarının ömrü Putinin hakimiyyətinin ömrü qədərdir….”

Yəqin əksəriyyətiniz uşaq vaxtı Redyard Kiplinqin “Cəngəlliklər kitabı” hekayələr toplusunu oxumusunuz və ya onun motivləri əsasında çəkilmiş “Mauquli” cizgi filminə baxmısınız. Əsərdəki Şirxan adlı pələngin yan-yörəsində hərlənən çaqqalı kiminsə xatırlamadığına inanmıram. Lukaşenko həmin çaqqalın prototipidir…

Bu dana otaranın aqibətinin Putindən fərqli olmayacağına əminəm. Son seçkilərdə biabırçılıqla məğlub olan, sonra isə əqidədaşı Putinin aşkar yardımı ilə çevriliş edərək hakimiyyəti yenidən ələ keçirən və ölkəsində bir nəfər təəssübkeşi olmayan bu həyasız məxluq düşüncə kasadlığı sindromundan əziyyət çəkdiyi üçün əlinə bel götürüb öz qəbrini qazmaqla məşğuldur.
İşğalçının yanında olması öz xalqının onun yanında olmamasından və yeganə xilas yolu kimi Putinin şalvarının balağından yapışaraq ondan qopmaması bu yaramazın Belarus xalqı tərəfindən qəbul edilməməsindən xəbər verir.

Vağzal aşxanasının yuyulmamış qaşığı kimi özünü ortalığa atması da siyasi burulğanların içində tənha qalması və nicat yolu kimi Putinə sığınmasından irəli gəlir.
İndi isə bir qədər də irəli gedib, təcavüzkara daha çox sədaqətli olduğunu sübut eləmək üçün 11-i “Qrad” qurğusu olmaqla 33 hərbi texnikanın müşayiəti ilə Ukraynanın Çerniqovşina əyalətinə qoşun yeridib. Bu Belarusun faktiki olaraq Rusiya tərədindən müharibəyə qoşulmasıdır.
Lukaşenko və keçmiş SSRİ respublikalarında Putin ictima-siyasi rejiminin davamçılarının ömrü Putinin hakimiyyətinin ömrü qədərdir…

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın