Elnur Xəlilov: “Düşmənin son səfəri”

Ukrayna çökəkliyində hərbi cəhətdən tükənməyə məhkum edilmiş Rusiya təxminən

eyni vaxtda iqtisadi cəhətdən də qətl fərmanı ilə “təltif” olunmağa layiq görülüb. Dünya birliyi hər iki məsələnin icrasına nəzarəti öz üzərinə götürüb. Qalır bircə Rusiyanın daxildən mənəvi sarsıntılara tuş gəlməsi. Bundan sonra arzuladığımız kimi gələcəkdə “rus faciəsi” adı ala biləcək bir tarixi prosesin şahidi ola bilərik.

Xüsusi xəbərdarlıq: Ukrayna dolanbacından salamat çıxa bilsə SSRİ coğrafiyasında imperiyanın sərhədlərini bir qədər də genişləndirmək və regionda vahid hegemonluğunu daha da gücləndirmək üçün Rusiya Cənubi Qafqaza, ilk növbədə isə Azərbaycana hərbi yürüş edəcək. Bu dəfə ərazilərimizi öz sərhədləri daxilində görmək istəyini gerçəkləşdirmək məqsədilə…

Rusiya özünün bu iyrənc planını indidən açıq şəkildə biruzə verir. Növbəti Azərbaycan fəthi mənfur düşmənin nırx qoyma “mərasimi” ilə başa çata bilər ki, bu da Azərbaycanın dövlət müstəqilliyini itirməsi deməkdir.

Qorxulu məqamlar: Rusiyanın bu məqsədlə atacağı addımların təhlükəli tərəfləri ondan ibarətdir ki, belə hal baş verərsə Azərbaycanın hazırkı iqtidarı işğalçılarla həmrəylik nümayiş etdirəcək. Və Azərbaycan müqavimətsiz yenidən əsarət altına düşəcək…

Nə qədər gec deyil düşünmək və çıxış yolu tapmaq lazımdır.
Bu siyasi rəhbərliklə biz uçruma doğru gedirik…

Əlüstü qeyd: Hamılıqla Rusiyanın Ukrayna bataqlığında boğularaq məhv olmasını istəməklə yanaşı özümüzü bu yöndə təbliğat aparmağa kökləməli, elliklə Ukraynaya dəstək verməklə millət olaraq işğalçıya etirazımızı bildirməliyik ki, yerli siyasi hakimiyyət özü üçün ilkin nəticələr çıxarsın.
Pasifiz hərəkata başlamağın vaxtı çatdığını düşünürəm…

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın