Elnur Xəlilov: Cənubi Qafqazdan heç bir vəclə əl çəkmək istəməyən Rusiya…

24 fevral tarixindən rəsmi Vaşinqton və Paris ATƏT-in Minski Qrupu çərçivəsində Rusiya ilə bütün təmaslara son qoyub. Bu o deməkdir ki, Minski Qrupunun fəaliyyəti artıq dayandırılıb.

Lakin bunun qarşılığında dramatik hadisələr baş verir. Belə ki, Cənubi Qafqazdan heç bir vəclə əl çəkmək istəməyən Rusiya bu dəfə Minski Qrupunun missiyasını təkbaşına yerinə yetirmək qərarına gələrək dərhal ona alternativ bir struktur təsis edib.

Bu məqsədlə regionda, eləcə də Qarabağ bölgəsində xaos doktrinasını gündəmdə saxlamaq, valyuntarizmi qorumaq və destruktiv fəaliyyəti ilə münaqişənin səngiməsinin qarşısını almaq üçün əlahiddə “Xüsusi işlər üzrə səfir” ştatı açaraq Minsk Qrupunun yerinin boş qalmasına imkan verməyib. Həmin vəzifəyə təyin olunan İqor Xovayevə Rusiya XİN-nin sözçüsü M.Zaxarovanın xeyir-duası isə “Bakı və İrəvandakı müttəfiqlərimizdən Xovayevin səylərinə dəstək veriləcəyinə ümid edirik” sözləri ilə tamamlanıb.

Nəysə ki, yaxamız rusun əlinə möhkəm keçib…

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın