Elnur Xəlilov: Azərbaycan hakimiyyətinin Rusiya təcavüzünə qarşı mövqeyi

 

Dünənki məlumatda deyilir ki, hökumətdəki mənbələr yerli mətbuata Ukraynaya yardım barədə informasiya sızdırıblar.
Həm də bunu bədii epitetlərlə elə bəzəkli-düzəkli ediblər ki, sadəlöv Azərbaycanlı oxuyanda bu iqtidarın əməlinə heyran olsun…
“Bakıdan Ukraynaya humanitar yardım aparan təyyarə havaya qalxıb” nə bilim nə… Guya təyyarə magistral yolla, yaxud dənizlə getməliymiş, qeyri-adi bir hərəkət edib havadan istifadə etməyi qərara alıb.
Məlumatda daha sonra deyilir:”Təyyarənin göyərtəsində dəyəri 5 milyon avrodan çox olan dərman preparatları və tibbi avadanlıqlar var”.

Bütün bunlar Ukrayna avantürasına qarşı Azərbaycan ictimai fikri ilə heç də identik olmayan hakimiyyətin mövqeyindəki ziddiyyətləri zahirən aradan qaldırmaq məqsədi güdür. Bu ucuz və bəsit yoldur. Bu yolla ictimai fikiri azdırmaq, dolaşdırmaq olmaz.
Gərək Rusiyaya neçə milyardlıq yanacaq və digər yardımlar barədə yer, göy, su nəqliyatı ilə daşınan sərvətlər haqqında da məlumat verilərdi. Bu da Azərbaycan hakimiyyətinin Rusiya təcavüzünə qarşı mövqeyini aydın şəkildə dərk etmək üçün bizdə bir daha əminlik yaradardı.

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın