Elmira Axundovanın cavabının siyasi təhlili

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bir müddət əvvəl Savik Şusterin „Söz Azadlığı” verlişinin qonağı olmuşdur. Veriliş zamanı Elmira Axundova Qarabağ müharibəsinə aid bir çox sualları cavablandırdığı zaman „Türkiyə Azərbaycana heç bir dəstək verməmişdir” söyləməsi Azərbaycanda böyük səs-küyə səbəb olmuşdur. Bu vəziyyəti hardasa anlamaq olar, çünki Ermənistan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti aldatmaq üçün güya Qarabağda Türk əsgərlərinin döyüşdüyünü bildirmişdir. Hər kəs anlamalıdır ki, səfirimizin qardaş Türkiyə üçün söylədiyi fikirlər, erməni təxribatının qarşısının alınmasına hesablanmışdır. Bu fikrin yerinə Elmira Axundova qardaş Türkiyəmizin Azərbaycana mənəvi və siyasi dəstək verdiyini söyləsəydi daha yaxşı olardı, necə ki, Azərbaycan hakimiyyəti bunu dəfələrlə vurğulamışdır.

Əliəşrəf Məmmədov.

 

Bunu paylaş: