Elman Nəzirovdan xalqın həyatını dəyişən təklif

 

Hörmətli oxucular, bildiyiniz kimi Azərbaycanın Milli Məclisi hər zaman olduğu kimi, gecə – gündüz millətin “xeyrinə” qərarlar qəbul etməkdədir. Bu cür qızğın iş zamanında daha bir önəmli təklif Elman Nəsirovdan gəlmişdir. Elman Nəsirov gecə – gündüz xalqın, vətənin, dövlətçiliyin uğrunda çalışan insanlardan biri kimi tarixə düşməkdədir. Nəsirovun yeni təklifi həqiqətən də qürurvericidir. O, deputat sözünü, millət vəkili sözü ilə əvəz edilməsinin təklifini irəli sürmüşdür. Görün Milli Məclisimizdə necə məmurlar oturub. Hər zaman xalqını düşünür…

 

Bu şəxsin fikirlərinə, düşüncələrinə necə dözək?. Təsəvvür edin, Elman Nəsirov kimiləri görün beynəlxalq siyasi arenada Azərbaycanı necə təmsil edirlər. Xalqın dərdi qalıb bir tərəfdə, bunun kimi lazımsız adamlar deputat və millət vəkili söhbəti edir. Açığı desək, Milli Məclisdə oturan məmurların heç biri nə deputat, nə də ki, millət vəkili sözünə layiq deyillər. İlham Əliyevin seçdiyi parlament bundan artıq olmamalıdır. Savadsız, azərbaycanlı olmayan, rüşvətxor, korrupsioner və s kimilərini İlham Əliyev yığıb Milli Məclisə.

 

Bu cür tiplərə əsəbiləşməyib nə edəsən? Yaxşı olar ki, deputat sözünü ləğv etməkdənsə, tamamilə Milli Məclisi ləğv etmək yaxşı olardı. İnanın ki, Elman Nəsirov kimilərdən hakimiyyətdə çoxdur, bu hələ harasıdır….

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın