Elman Nəsirov yenə yalan danışır

 

 

 

Milli Məclisin deputatı Elman Nəsirov yenə özünəlayiq maraqlı açıqlama ilə çıxış edib. O, pandemiya zamanı Azərbaycan hakimiyyətinin yardım pullarını dəfələrlə şişirdərək, dünya dövlətləri ilə müqayisə etmişdir. Elman Nəsirov bildirmişdir ki, Azərbaycan hakimiyyəti 2020 – ci ildə pandemiya ilə mübarizədə 644 mln manat pul xərcləmişdir. Daha sonra isə sahibkarlara yardım məqsədi ilə 2.5 milyard manat dövlət köməklik etmişdir. Bu il isə Azərbaycan büdcəsindən 261 milyon manat pul ayrılmışdır. Elman Nəsirovun bu yalanını sadə bir yolla üzə çıxarsaq yaxşı olardı.

İlk öncə Azərbaycan hakimiyyəti cəmi 3 dəfə əhaliyə 190 manat yardım etmişdir. Ümumilikdə hər dəfə 200 min insan nəzərə alsaq, cəmi 114 milyon manat edir. Bir neçə dəfə bir-iki küçəni dezinfeksiya etməklə kifayətlənmişdir. Pandemiya dövrünün ilk dalğası zamanı ölkəmizdə, xəstəxanalar insanların qəbulunda çətinlik çəkmişdir. Hər bir xəstə isə bütün dərmanlarını öz vəsaiti hesabına alaraq müalicə olunurdu. Bəs Elman Nəsirov bu rəqəmləri hardan alıb?.
Digər tərəfdən isə sahibkarlara dövlət büdcəsindən 2.5 milyard manat pul verildiyi deyilir. Keçən il sahibkarlara ayrılan pul vəsaiti cəmi 40 milyon manat olmuşdur.
Bir müddət əvvəl Beynəlxalq Volyuta Fondunun yaydığı məlumatları da sizlərə təqdim etmişdik. Həmin məlumatda deyilir ki, Azərbaycan hakimiyyəti pandemiya səbəbindən xalqına ən az köməklik göstərən ölkələrdəndir.

Elman Nəsirov kimi insanlar yaxşı bilir ki, pandemiya ilə mübarizədə ayrılan 3.5 milyard manatı kimlər necə mənimsəyib. Bu sualın cavabını Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov çox gözəl bilir. Elman Nəsirov kimilərin vəzifəsi isə xalqa xidmət etmək yox, korrupsionerləri müdafiə etməkdir.

Mikayıl Əsədov.

Bunu paylaş: