Elman Nəsirov yenə narazıdır

 


“Millət vəkilli” Elman Nəsirov maraqlı açıqlama ilə yadda qalıb. O, qabaqlar seçildiyi Sabirabad şəhərinə tez-tez getdiyini söyləmişdir. Bu səbəbdən bir deputat kimi yol xərclərinin çox olmasını qeyd etmişdir. O, xidməti zamanında telefon görüşlərinin çox olduğunu və bu səbəbdən telefon puluna aylıq 50 manat ödədiyini qeyd edir.

Bəziləri Elman Nəsirovun, bahalaşmaya görə söz – altı etiraz etdiyini qeyd etmək istəyir.
Əgər belədirsə, niyə? deputat mandatından isifadə edib, Milli Məclisin tribunasından istifadə etmir?

Elman Nəsirovun niyyəti gələn ilki dövlət büdcəsini talamaqdır. O, bu çıxışı ilə bildirmək istəyir ki, deputatların əlavə xərcləri artırılmalıdır.


Maraqlısı budur ki, bir deputat kirayə pulunun, biri əlavə xərclərin pulunun, biri maaşların artırılmasına istəyir. Sanki “Milli Məclis” istəklər bürosudur. Xalqın tələbini, istəyini müzakirə edən yoxdur. Bütün deputatlar özlərinin problemini müzakirə edirlər.
Sonda bunu qeyd edə bilərəm ki, İlham Əliyev və rejimi heç vaxt xalqın maraqlarına xidmət edən hakimiyyət qurmayıb və qurmayacaqdır. Bu səbəbdən İlham Əliyev və hakimiyyətindən xalqın xeyrinə olan heç bir qanun gözləməyin!.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın