Elman Nəsirov bütün bunların sebebkarı kimdir ?

Hörmətli oxucular, Milli Məclisin deputatı Elman Nəsirov Birləşmiş Millətlər Təşkilatının Azərbaycanın Dağlıq Qarabağ və 7 rayonumuza ermənilərin işğalçılıq siyasətinə qarşı çıxardığı 4 qətnamənin hələ də icra olunmamasından gileylənib.Hər dəfə Qarabağımız və 7 rayonun müzakirələri olanda Azərbaycanda Elman Nəsirov kimilər BMT qətnamələrini xalqa səsləndirirlər ki, hər kəs sakitləşsin.
Artıq biz bu sözləri İlham Əliyev və məmurlatından eşitməkdən yorulmuşuq. Əgər biz Elman Nəsirov kimi düşünsək, heç bir zaman torpaqlarımızı geri qaytara bilməyəcəyik.
E. Nəsirov və onun kimilər bilməlidir ki, bu qanunlarda Azərbaycan öz torpaqlarında „Antiterror”əməliyyatlarına hər an başlama hüququndadır. Sonda İlham Əliyev və Elman Nəsirov kimilərə söyləmək istərdim ki, nə BMT və Avropa Birliyi və.s, ümumiyyətlə heç bir beynəlxalq qurumlar bizim yerimizə torpaqlarımızı gəlib almayacaqlar. Bizim xalqa isə torpaqlarını və hüquqlarını geri qaytaran bir sərkərdə lazımdır.

İmza; Rəşad Şıxəliyev.

Bunu paylaş: