Elman Nəsirov Sərdar Cəlaloğlunun suallarından necə yayındı

 

Bir neçə gün bundan əvvəl “Reaksiya TV YouTube” kanalında Milli Məclisin deputatı Elman Nəsirov və Azərbaycan Demokratik Partiyasının sədri görkəmli şəxsiyyət Sərdar Cəlaloğlu arasında debat baş tutmuşdur. Ölkə daxilində və xaricində baş verən hadisələrə toxunan qonaqlar, sonda “Tərtər 1767 Genosidi” ilə bağlı məsələyə öz fikirlərini bildirmişlər. Deyə bilərik ki, Tərtər hadisəsi ilə bağlı məsələ gərginlik yaratmışdır.
Hakimiyyəti təmsil edən Elman Nəsirov, vəziyyətdən çıxmaq üçün məsələni müəyyən istiqamətə yönəltmişdir. O, Azərbaycanın hüquqi dövlət olduğunu və məhkəmə qərarı olmadan bir söz deyə bilməyəcəyini bildirmişdir.
Sərdar bəyin daha bir sualı belə olmuşdur: o, beş ilə yaxındır ki, Tərtər qətliamına hakimiyyət tərəfindən hüquqi qiymət verilmədiyini Elman Nəsirova söyləmişdir. Bu dəfə də, özünü politoloq, “millət vəkili” adlandıran bu şəxs, vəziyyətdən yayınmaq üçün məsələnin istiqamətini dəyişdirmişdir. Beləliklə, açıq görünür ki, bu debatda Tərtər qətliamında bir başa hakimiyyətin və hakimiyyətdə olan yüksək vəzifəli şəxslərin əli vardır.

Zərərçəkmişlərin əlində bu qədər sübutlar olmasına baxmayaraq, İlham Əliyev yenə də susur. Azərbaycan Respublikası Baş Prokurorluğuna və Prezident Aparatına Tərtər qətliamı ilə əlaqədar ərizələr təqdim olunsa da, hakimiyyət bu günə kimi susmaqdadır.

Beləliklə, hakimiyyətin Elman Nəsirov kimi klounlarına bildirmək istərdik ki, Azərbaycanda hansı hüquqdan danışırlar?. Vətəndaşların heç bir azad seçim hüquqları yoxdur, korrupsiya, rüşvətxorluq baş alıb gedir, insan hüquqları sıfır dərəcəsindədir, sərvətlərimiz talanır, məhkəmə sistemləri kimin pulu çoxdur ona xidmət edir, yaltaqlıq və məmur özbaşınalığı ölkədə inkişaf etməkdədir — belə olduğu halda Elman Nəsirov çıxıb hansı hüquqi dövlətdən danışır? Bir “millət vəkili” Tərtər qətliamına görə susursa, o dövlətdə heç bir qanun və ədalətin olmadığından xəbər verir.
Sonda bu debatda xalq Tərtər qətliamının kimlər tərəfindən törədildiyinin və kimlərin sifarişi olduğunun şahidi oldu. Cavab çox sadədir; İlham Əliyev, Rusiya Xüsusi Xidmət Orqanları…

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın