Elman Nəsirov, Paşinyan Qarabağımızda körpü salib, hardasınız ?

Milli Məclisin deputatı Elman Nəsirovun bir vaxtlar biabırçı bir çıxışı var idi:”ermənilər bizim torpaqlarda əyilə-əyilə gəzirlər”,-sözlərini hər kəs eşitmişdir. Bu günlərdə elə Paşinyan da Qarabağa əyilə-əyilə gəlib və orada asma körpünün açılışında iştirak edib. Körpü də körpüdür ha,iki dağı birləşdirib. Bəlkə də, Qarabağdan Ermənistana asma yol salıblar, bilmirəm,özü də bizim „Köçəri yallısı”nın sədaları altında .
Bizlər isə hələ də „ağ atlı oğlan”ı gözləyirik. Hətta bir zamanlar Ali Baş Komandan İlham Əliyev və Müdafiə naziri Zakir Həsənov söyləmişlər ki, biz Qarabağda daşı-daş üstə qoymarıq .Bəs hanı o vədlər?
Siz yalnız zavallı xalqın evlərini dağıtmaqla məşğulsunuz .Sabir rəhmətlik yaxşı deyib:
– Yat hələ Fərhad kişi, Əsri görüb qalma belə mat kişi.
Ey xalq, əməlləri ilə sözləri üst-üstə düşməyən hakimiyyətdən Qarabağı tələb etmək lazımdır!!

Bunu paylaş: