Elman Nəsirov anlamır ki, “Genetik” dəyişiklik İlham Əliyevin siyasətinin bir növüdür?

 

Milli Məclisin deputatı Elman Nəsirov iclas zamanı gender məsələsinə toxunmuşdur. O, bu dəfə cənub bölgəsində yerləşən rayonlardakı vəziyyətin parlamentdə müzakirəyə çıxarılmasını istəmişdir. Elman Nəsirov cənub bölgəmizdə erkən nikah və narkomaniyanı deputatların nəzərinə çatdırmışdır.

Sonra o, bölgəmizdə uşaqların 9 – cu sinfə kimi oxudulduqdan sonra, ailə həyatı qurduqlarını söyləmişdir.
Digər tərəfdən isə, həmin bölgələrdə gənclər arasında narkotik aludəçiliyinin getdikcə geniş yayıldığını bildirmişdir.

Elman Nəsirov heç özünə sual verir ki, niyə? ölkədə gənclər arasında narkomaniya geniş yayılmaqdadır.

Bu gün ölkəmizdə nəinki cənub bölgəsində, eləcə də bütün bölgələrimizdə paytaxt Bakıda olmaqla narkomaniya geniş yayılmışdır. Hər kəs bilir ki, narkotik vasitələri Azərbaycana qonşu ölkələrdən daxil olmaqdadır.
Belə bir ikinci sual ortaya çıxır…
Dövlət Gömrük Komitəsi və Daxili İşlər Nazirliyi, ən əsas da Azərbaycan prezidenti İlham Əliyev hara baxır?

Deyə bilərik ki, bu gün bütün narkotik satanların 99 faizi polis nəzarətindədir. Əgər İlham Əliyev istəsə, bir saata Azərbaycanda bütün narkotik maddələri və narko tacirləri yox edə bilər.

Lakin Elman Nəsirov anlamır ki, dediyi “Genetik” dəyişiklik İlham Əliyevin sifarişi ilə edilməkdədir. Azərbaycan Əliyevlər ailəsi, hakimiyyəti əldə saxlamaq üçün hər yola əl atmaqdadırlar.
Bu səbəbdən, Milli Məclisdə bu məsələni müzakirə etmək sadəcə vaxt sərfiyyatıdır. Deyə bilərəm ki, yaxın zamanda, Elaman Nəsirova hər şeyi yuxarıdan anladacaqlar.
Ölkənin vətəndaşılarının durumu “hələlik” İlham Əliyev və hakimiyyətinə sərf edəndir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın