Eldar Mahmudovun həbsinə hazırlıq gedir?

 

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyinin iki generalı həbs edilmişdir. Baş Prokurorluğun verdiyi məlumata görə, həbs edilən generallar, MTN – nin keçmiş Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyev və keçmiş Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovdur. Bəzi məlumatlara görə, həbs edilən generallar, işlədiyi zamanda külli miqdarda dövlət büdcəsinin mənimsənməsi maddələri ilə Nəsimi rayon məhkəməsi tərəfindən saxlanılmışdır.

Digər məlumatlara əsasən, hər iki general vəzifəsindən sui-istifadə istfadə edərək, ayrı-ayrı şəxslərdən küllü miqdarda pul almışdır. Hələlik keçmiş MTN generallarının həbsi, prokurorluq tərəfindən araşdırılmaqdaır. Yaxın günlərdə bu barədə ictimaiyyətə xəbər veriləcəkdir.

Movlan Şıxəliyev və Nizami Şirinovun keçmiş MTN-nin cinayətlərində əlləri olduqları ehtimal olunur. Hər iki general Eldar Mahmudov və Akif Çovdarova yaxınlığı ilə seçilmişlər. Bəlkə də keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun həbsinə hazırlıq gedir.

Mikayıl Əsədov.

Bunu paylaş: