Ehtiyatda olan zabitlərin təlimlərə çağırılması, Azərbaycanın Moskva görüşünə hazırlığıdır

 

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, mətbuata açıqlamasında noyabrın 8-9 – da Moskva şəhərində Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin üçtərəfli görüşünün keçiriləçəyini söyləmişdir. O, bu görüşdə üçtərəfli bəyanatın imzalanacağını və yeni sülh dövrünün başlanğıcının olacağını qeyd etmişdir.
Azərbaycan tərəfi isə, hələlik bu Moskva görüşünə ehtiyatla yanaşmaqdadır. İlham Əliyevin son MDB – nin iclasındakı Nikol Paşinyanın çıxışını şübhə ilə qarşıladığını deyə bilərik.

Nikol Paşinyan çalışacaq ki, Putinin əli ilə, İlham Əliyevi bəzi fikirlərindən yayındırsın. Görünür, üçtərəfli Moskva görüşü çox ağır olacaqdır. İlham Əliyev isə, təzyiqləri qəbul etməyəcəyini bir neçə gündür göstərməyə başlamışdır.

Azərbaycanın Respublikasının Müdafiə Nazirliyinin əmri ilə, ehtiyatda olan hərbçilər yenidən təlimlərə çağırılmışdır. Bu təlimlərdən Ermənistan tərəfi qorxuya düşərək, 44 günlük Qarabağ müharibəsindən əvvəl olan vəziyyəti xatırlatmışdır.
Moskva görüşü üçün isə, bu, Azərbaycanın siyasi gedişdir. İlham Əliyev bununla göstərir ki, əgər nəticə Azərbaycanın istəyi ilə olmasa, müharibə qaçılmazdır. Bir sözlə, bölgədə hər an sülh və müharibə ola bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın