Duyğularımızla bu qədər oynamayın

Sayını hələ dəqiq bilmədiyimiz şəhidlər, 1137 dağılmış ev olmasaydı son döyüşləri həvəslə uğurlu saymaq olardı. Ən əsası ermənilər anladılar ki, elə-belə əl-qollarını sallayıb orada rahatca yaşaya bilməyəcəklər. Amma məni başqa nüans düşündürür. Azərbaycan xalqı heç vaxt bu son 2 həftədə olduğu qədər heç bir hakimiyyətinə dəstək verməmişdi, arxasında belə inamla durmamışdı! Son 30 ildə Türkiyə bu qədər aydın mövqe sərgiləməmişdi! Nə baş verdi? Açıq deyin: xalqa açılın, səmimi olun, düşməni “iti qovan kimi qovduğumuz” bir vaxtda belə bir atəşkəs sənədini imzalamağınızın əsl səbəbini açıq deyin! Bu xalq hətta şəxsi təhdid kompromatlarını (əgər varsa) belə anlayışla qarşılayar, hər şeyi bağışlayar, keçər Qarabağa görə. Təki səmimi olun! Duyğularımızla bu qədər oynamayın!

Vahid Qazi

Bunu paylaş: