Düşmənin ,İlham Əliyev tərəfindən qarşılanması.

Hörmətli oxucular, xatırladaq ki, bir neçə gün sonra Rusiyada keçiriləcək hərbi oyunlara start verilir. Bu hərbi oyunların bir qismi də Xəzər dənizində Bakıya yaxın yerlərdə olacaq və Bakıya gələn rus donanmasını böyük həvəslə qarşılayan Azərbaycan hakimiyyəti bununla Rusiyanın vassaları olduğunu bildirir. Bu hakimiyyət rus ordusunun gəlişinə niyə belə sevinir? Siz burda sevinirkən, ruslar ermənilərə silah göndərir. İlham Əliyev və hakimiyyəti Qarabağın işğalını unutsa da, Generalın və şəhidlərimizin ölümünü, Xocalı soyqırımını və 100 ildən çoxdur bizim xalqın mədəni, irsi və torpaqlarımızın işğalını, bütün baş verənlərin səbəbinin Rusiya olduğunu heç olmasa xatırlayın.
Ey hakimiyyət, hər zaman bizə xəyanət edən Moskvanın başında oturanlarını bir xalq olaraq biz heç vaxt unutmadıq və unutmayacağıq, sizdən fərqli olaraq.İlham Əliyev ,onun hakimiyyəti xalqa göstərmək istəyir ki, biz ağalarımıza sadiqik,  xalqın iradəsi, düşüncələri hakimiyyəti maraqlandırmaz.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: