Düşmən hücum edir, İlham Əliyev sülh deyir.

Hörmətli oxucular, dünən Ermənistana məxsus kəşfiyyat puası Azərbaycan Hava Hücumunun bölmələri tərəfindən vurulub. İlham Əliyevin sülh danışığı deyərkən nəyi nəzərdə tutduğunu ,yəni: “Atəşkəsdir, sülh danışıqları gedir “,-deməsini başa düşmək olmur. Bəs necə olur ki, hələ də erməni tərəfi hücumdadır, Cəbhədən intensiv xəbərlər gəlir və bu azmış kimi, terrorçular işğal etdikləri Azərbaycan torpaqlarında məskunlaşma işləri aparırlar?
Bu məqamda İlham Əliyevə və Zakir Həsənova bir sualım var:
-Belə olduğu halda ,27 ildir hansı sülh danışıqlarından söhbət gedə bilər, yoxsa siz İrəvan, Zəngəzur, Göyçə kimi Qarabağımızı da yeni nəslə unutdurmaqmı istəyirsiniz?

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: