Durmadan artan qiymətlər…

 

 

Parlamentin deputatı Vahid Əhmədov ölkədə ərzaq və qeyri – ərzaqların qiymət artımından gileylənmişdir. Onun sözlərinə görə, Azərbaycan dövləti qiymət artımının qarşısını almaq üçün tədbir görülməsini istəyib. Monopoliya və inhisarçılıq qiymət artımına böyük təsir göstərir. Rəqabət məcəlləsininin qəbul edilməsini tövsiyə edən Vahid Əhmədov, həmin qanunun tezləşdirməsini də tələb edib.

Əziz dostlar, indi siz deyin, MM-də oturub, aylıq məvacibi 5 – 7 min azn olan dövlət məmuru qiymət artımından narazılıq edirsə, gündəlik 10 azn və ya aylıq 300-350 azn qarşılığında çalışan fəhlə və kasıb ailəsi nə etsin? Hələ ayda 200 manat tapmayan insanları söyləmirik. Özünü millət vəkili hesab edənlər, elə düşünməyin ki, kasıbın halına acıyaraq bu mövzuları gündəmə gətirəcəklər. Əsla, sadəcə, hər zamankı kimi öz xeyirlərini güdürlər. Bundan əlavə, gündəmi zəbt etmiş, Qurban Məmmədovun sayəsində “AzerFreedom TV” kanalında təqdim edilən Tərtər hadisələrini ört – basdır etməkdən ötrü, yeni mövzularla çıxış edirlər.

 

Qiymət artımına gəlincə isə, bütün dövlət strukturları birləşib, tarif şurasına irad bildirə bilərlər. Ölkədə yanacağın qiyməti artdıqda avtomatik olaraq, digər məhsullara da təsirsiz ötüşmür. “Monopoliya” barədə yazmağa dəyməz. Çünki “Monopoliya” – nı yaradan məmurlardır. Ölkə pərakəndə şəkildə bölünərək, oliqarx və məmurlar tərəfindən idarə olunduğu üçün, məmurlar xarici ölkədən gətirdikləri malları istədiyi qiymətə satdırırlar. Həmin məhsulların ölkəyə başqa bir şəxs tərəfindən gətirilməsinə qadağa qoyulur. Mən hələ Azərbaycan gömrüyündən yazmıram. Təsəvvür edin, vəzifəsinin icraatını yerinə yetirə bilməyən şəxslər, rüsumları yüxarının tapşırığına görə alırlar.

Bu arada, Baş Nazir Əli Əsadov da öz çıxışında bu problemə toxunmuşdur. Deyə bilərik ki, Əli Əsədovun və Vahid Əhmədovun narazılığına baxmayaraq ölkədə heç bir şey dəyişməyəcəkdir. İllərdir ki, bu proses belə davam etməkdədir. Əli Əsədov və Vahid Əhmədova gəlincə isə demək istərdim ki, qiymət artımının qarşısını almaq üçün rəqabət məcəlləsi deyil, vicdanlı və məsuliyyətli olmağı özünüz də qəbul edin.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: