Dünya, İlham Əliyevi gözəl tanıyır

Son zamanlar Azərbaycan dövləti, hakimiyyəti təmsil edən məmurlar daha da sərt şəkildə xalqın hüquqlarını pozmaqda davam edir. Azərbaycanda həyata keçirilən bütün islahatlar vətəndaşların hüquqlarının pozulmasına yönəldilib. Hər zaman olduğu kimi ,2019-2020- ci illərdə də Azərbaycan hakimiyyəti insan hüquqlarının sərt şəkildə pozulmasına görə müxtəlif yerli və beynəlxalq təşkilatların tənqidi ilə üzləşmişdir. Lakin İlham Əliyevin başçılıq etdiyi diktator Azərbaycan hakimiyyəti isə, əksinə olaraq, ölkədə bütün hüquq və azadlıqların tam şəkildə qorunduğunu söyləyir. Lakin görünən odur ki, Avropa Şurası nazirlər komitəsinin, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların açıqlamalarında Azərbaycanda siyasi məhbusların olmasının və onların hüquqlarının Azərbaycan hakimiyyəti və hüquq mühafizə orqanları tərəfindən pozulmasını sərt şəkildə tənqid etmişlər. Beynəlxalq hüquq müdafiəçilərinin Azərbaycanda bir çox sahələrədə, əsasən də məhkəmə-hüquq sistemində boşluqların olmasını, ciddi hüquq pozuntularının olmasını və dövlətin bütün bu pozuntularla bağlı heç bir önləyici tədbir almadığını vurğulamışdır. Baxmayaraq ki, ölkə başçısı İlham Əliyev Avropa Birliyini, Avropa Parlamentini və digər beynəlxalq insan haqları təşkilatlarını təkidlə inandırmağa çalışır ki, başçılıq etdiyi dövlətdə dırnaq arası “insan haqları” qorunur. Lakin cənab İlham Əliyev unudur ki, ölkədə baş verən bütün insan haqları pozunutları, məhkəmələrin qeyri-obyektiv, sifarişli qərarları bir başa ölkə başçısının əmridir. Təəssüflər olsun ki, ölkə başçısı olaraq İlham Əliyev hakimiyyəti məhkəmə-hüquq sisteminə təyziq göstərərək beynəlxalq insan haqlarını sərt şəkildə pozur. Sağlam ,düzgün islahatlar aparılmazsa ,ölkədə hüquq və azadlıqların qorunması və bərpası qeyri-mümkün olacaqdır!

İmza;Əziz Əzizli.

Bunu paylaş: