DTX vətəndaşlara müraciət etdi

Dövlət Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edərək, Azərbaycam ordusunun işğaldan azad etdikləri və düşmənlə sərhəd yerləri video, şəkil və s. vasitəsi ilə yayan insanlar məsuliyyətə cəlb ediləcək. DTX rəsmən bildirir ki, hər bir vətəndaş bilərəkdən və ya bilməyərəkdən bu məsuliyyəti bilməlidir, əsgərlərimizin həyatına təhlükə yaratmamalıdır. Bu qanunları pozan insanlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə cinayətə cəlb olunacaq. Torpaqlarımızı azad edən qəhrəman ordumuzun həyatlarını qoruyaq.

Mikayıl Əsədov.

Bunu paylaş: