DTK-nın guya əməliyyat keçirməsi yalandır

 

Guya DTK əməliyyat keçirib. Müdafiə Nazirliyinin Maliyyə idarəsində, külli miqdarda dövlət vəsaitinin oğurlandığı aşkar edilərək, 4 nəfər yüksək rütbəli hərbiçi həbsə alınıb.
Yalandır.
Bizim ölkədə dövlət vəsaitini talayanlar həbs edilmir. Bu həbsin motivləri də, tamamilə başqadır. Mən demək istəmirəm ki, Müdafiə Nazirliyinin generalları mələkdir.
Yox, ölkənin bütün idarəçilik sahələrində olduğu kimi, Müdafiə Nazirliyində də, milyardlarla gövlət vəsaitinin oğurlandığına qətiyyən şübhəm yoxdur. Lakin, məsələ ondadır ki, dövlət vəsaitinin oğurlanmasını aşkar edən orqan DTK deyil, prokurorluqdur. Özü də, dövlət vəsaitini mənimsənilməsi, DTK tərəfindən əməliyyat keçirməklə yox, uzunmüddətli maliyyə yoxlamaşı keçirməklə, istintaq orqanı tərəfindən aşkar edilir.

Və sonda, büdcəni talayanları həqiqətən axtaran varsa, Neft Şirkəti, SOCAR-dan başlasınlar. Əməliyyat keçirməyə də, ehtiyac yoxdur. Telefonla zəng etsələr, Rövnəqin başçılığı altında, özləri gəlib türməyə girəcəklər.

Namizəd Səfərov.

Bunu paylaş:

Bir cavab yazın