DSX-nin rəisi vəzifəsi ilə vidalaşır?

 

Xalq arasında gəzən şayiələrə görə, Dövlət Sərhəd Xidməti -nin rəisi general-polkovnik Elçin Quliyev yaxın zamanlarda vəzifəsindən kənarlaşdırılacaqdır. Onun yerinə isə rəisin müavini Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov təyinat alacaqdır.
Elçin Quliyevin xidməti dövründə, bir çox nöqsanlara yol vermişdir. Aldığımız məlumata görə DSX-nin daxilində korrupsiya halları hökm sürməkdədir.

Daha bir xəbərə əsasən, daxildəki durumu nizamlamaq üçün verilən təkliflər bundan ibarətdir, yəni: DSX və DTX – nin birləşdirilməsi üzərində iş aparılır. Bunun başqa alternativi olmadığından, Nazir Əli Nağıyev ölkə sərhədlərinə nəzarət edəcəkdir.
Dəyişilən məmurlar olsa da, dəyişilməz qalan rüşvətxorluq, korrupsionerlik sistemi olacaqdır.

Odur ki, təyinatından asılı olmayaraq, sistemi gücləndirməkdən ötrü bu işi peşəkar və təcrübəsi olana həvalə etmək lazımdır. Əlavə olaraq bildirmək istərdik ki, DSX-nin rəisi Azərbaycan prezidenti İlham Əliyevin yaxın qohumudur. İllərdir ki, bür məmurlar dövlət büdcəsini talamaqla məşğuldurlar.

Rəşad Şıxəliyev.

Bunu paylaş: