Dövlət idarəçiliyi.

Bir dövlət müharibə ilə, düşmənlə filan sarsılmaz. Dövlət xalqın ona inamsızlığından, etimadsızlığından sarsılar. Əliyevlər hakimiyyəti bunu bacardı. Hakimiyyət xalq qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməklə xalqın dövlətə olan inamını sarsıtdı.

Bu gün ,biz bir millət, xalq və ölkə olaraq hər vəchlə öz kreslolarını saxlamaq üçün bütün şərəfsizliyə əl ata biləcək cinayətkar ailə hakimiyyətinin girovlarıyıq. Bizlər xalq olaraq, bu azğın hakimiyyətə” DUR!” deməyənə kimi, Əliyevlər hakimiyyəti öz şərəfsizliklərini davam etdirəcəklər. Bu hakimiyyət ölkəni elə idarə edir ki, sadə vətəndaşlar hər gün haqsızlıqlarla, qanunsuzluqlarla üzləşirlər . Ona görə də nə qədər ki, həmin haqsızlıqlar sizin qapınızı döyməyib ,birləşin ki, bu kriminal quldur Əliyevlər rejiminin getməsinə nail olaq.

Hər kəsin bildiyi kimi, artıq nəinki yerli, hətta bütün xarici informasiya vasitələri Azərbaycanın cinayətkar rejimi olan Əliyevlər ailəsinin korrupsiya faktlarından, xalqın cibindən oğurlanmış milyardlardan xəbərdardır. Əliyevlər ailəsinə məxsus ofşor zonalarından, “Panama papers” milyardlarından ,qeyri-qanuni tikililərdən, insan ölümlərindən, adam oğurluqlarından və rejimin digər cinayətlərindən hər yerdə yazılır.

Cinayətkar rejim isə son zamanlar yalnız müdafiə mövqeyi tutaraq, çıxış yolunu bütün (ailəyə) özünə təhlükə gördüyü ictimai fəalları, müxalif siyasi xadimləri müxtəlif vasitələrlə şantaj etməkdə, təqiblərə məruz qoymaqda görür. Hökümət əgər bu metodlarla heç nə əldə edə bilmirsə ,o zaman qondarma ittihamlarla: xuliqanlıq, polisə müqavimət və narkotika ilə onları həbs etdirir.

Ailə hakimiyyətinin bütün bunları etməkdə məqsədləri isə birdir: kreslolarını qorumaq və xalqı daha da sömürmək!

Ímza;Əzíz Əzízlí

Bunu paylaş: