Dostluqda sadiq İsrail

Bildiyiniz kimi düz bir aydır Azərbaycan Qarabağ uğrunda savaşır. Azərbaycanın haqq mübarizəsində ölkəmizə bir çox ölkələr dəstək oldular. Bu ölkələrdən biri də İsraildir. Qeyd edim ki, Azərbaycan ərazisində qədimdən tarix boyu yəhudi xalqı yaşamışdır. Əsasən üç qrup yəhudilər: dağ yəhudiləri, aşkenaz yəhudiləri və gürcü yəhudiləri icmaları mövcuddur. Azərbaycan antisemitizmin olmadığı ölkələrdən biridir. Məhz buna görədir ki, Azərbaycanda digər xalqlar kimi yəhudilər də rahat şəkildə yaşamış və qəbul olunmuşlar. İstər dini ayinlərini, istərsə adət-ənənələrini, milli bayramlarını rahatlıqla keçirən yəhudilər, Azərbaycan xalqına hər zaman yaxınlığı, dəstəyi və qarşılıqlı hörməti ilə seçilmişlər. Məhz buna görədir ki, hər zaman olduğu kimi, bu gün də İsrail dövləti açıq şəkildə Azərbaycanın yanında olduğunu bəyan etmişdir. Azərbaycan-İsrail dostluğu, əməkdaşlığı bu gün inkişaf edərək strateji tərəfdaşlığa keçmişdir. İsrailin baş naziri Benyamin Netanyahunun və yəhudi xalqının verdiyi açıq dəstək  bir sübutdur. Məhz İsrailin Azərbaycana tam dəstəyindən və satdığı silahlardan hiddətlənən Ermənistan höküməti, cılız siyasətini nümayiş etdirərək, İsraildən səfirini geri çağırmış və bu yolla etirazını bildirmişdir. Ümidvaram ki, bundan sonra da hər zaman olduğu kimi Azərbaycan-İsrail dostluq və qardaşlığı yüksək müstəvidə davam edəcək və hər iki xalqın xoşbəxt, firavan yaşamasına öz töhvəsini verəcəkdir. Təşəkkürlər İsrail.

Əziz Əzizli.

Bunu paylaş: