Dostlarımız və düşmənlərimiz

 

Ötən ilin noyabr ayının 9 – dan 10 – na keçən gecə Ermənistan Bakı şəhərinə ballistik raket atmışdı. Xoşbəxtlikdən vaxtında Azərbaycanın İsraildən aldığı, şərti adı “Dəmir Gübbə” olan Havadan Müdafiə Sistemi həmin raketi zərərsizləşdirdi. Nəzərə alsaq ki, həmin ballistik raketin dağıdıcı qüvvəsi çox böyükdür, demək həmin “Dəmir Gübbə” Bakı şəhəri və ətraf kəndləri real təhlükədən müdafiə etmiş oldu. Ümumiyyətlə, 44 günlük Qarabağ müharibəsi Azərbaycanın həm də dostunu və düşmənini müəyyənləşdirdi. Azərbaycanın əsgərini ölümdən qurtaran, Azərbaycan dövlətini məhv olmaqdan xilas edən hər kəsə təşəkkür edirəm və onların bu işi hansı məqsədlə etdiyi məni qətiyyən maraqlandırmır. Bu mənada, qardaş Türkiyə ilə bərabər İsrailin də rolu danılmazdır. Bizə üzdə müsəlman qardaş deyib, arxada ermənilərlə iş çevirən İran isə yeganə xaricə çıxış yolu olan Zəngəzur dəhlizi vasitəsilə Rusiyaya, Ermənistana silah – sursat daşımasına şərait yaratdı və beləliklə kiminlə dost və kiminlə düşmən olduğunu özü seçdi.
Bu günlər İran Azərbaycan sərhədlərində heç vaxt etmədiyi hərbi təlimlər keçirməyə hazırlaşır.

Bu təlimlər İranın Azərbaycanı hədələməsi fonunda baş verir.
Azərbaycanda olan “iranbaşlılar” sosial şəbəkələrdə aktivləşiblər.
Bir qrup çadralı qadın ( çox güman ki, İranın öz ərazisindən Ermənistana ötürdüyü silah vasitəsi ilə şəhid olmuş övladının, yaxud qohumunun qəbri üstündə birdən – birə şəhidin ölümündə İsraili günahlandırır(?!)
Yuxarıda qeyd olunduğu kimi, Bakı və ətraf kəndləri, bəlkə də elə həmin, əzizini itirmiş o zavallı qadının özünü, İranın ötürdüyü ballistik raketlərlə vuran Ermənistanı və ona yardım edən İranı yox, məhz onu real ölümdən qurtaran, Azərbaycana “Dəmir Qübbə” satan İsraili günahlandırır. Bildiyim qədər, İsrail həmin Havadan Müdafiə Sistemini başqa ölkələrə satmır və İsrailin indiki rəhbərliyi də “erməni soyqırımını” tanımağa meyilli olan bir siyasətçidir.
Bu arada İranın Azərbaycan əleyhinə hərəkətləri fonunda İranın başqa agentura şəbəkəsinin də aktivləşməsi nəzərdən qaçmamalıdır. Əlində silah emblemi ( !?) olan “Hüseynçilər Azərbaycan İslam Müqavimət Hərəkatı” təşkilatıdır.
Bəli, Ordumuzda və cəmiyyətimizdə “rusbaşlar” və “iranbaşlılar” çoxdur.
Odur ki, Qumda hazırlanmış mollalardan və Rusiyada hazırlanmış (məhz hazırlanmış) hərbçilərdən ehtiyatlı olmaq lazımdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın