Dmitri Peskovdan Türkiyə etirafı

 

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata Suriyadakı vəziyyətlə bağlı açıqlama vermişdir. Peskov bildirmişdir ki, Türkiyə və Rusiya arasında bəzi məsələlərə görə fikir ayrılığı olsa da, bir çox məsələdə əməkdaşlığımız davam etməkdədir. Söhbət Suriyanın İdlib bölgəsindən gedir. Peskov etiraf etmişdir ki, Türkiyə ilə birgə nəzarət etdiyi İdlib bölgəsində bir neçə gün əvvəl toqquşmalar baş vermişdir.

O, Suriyanın həmin bölgəsində vəziyyətin yaxşı olmadığını açıq şəkildə bildirmişdir. Peskov bildirmişdir ki, həmin bölgədəki terrorçuların tam təmizlənməsi üçün Türkiyə ilə iş birliyi etməyimiz vacibdir. Xatırladaq ki, Rusiya bir neçə gün əvvəl İdlibin Türkiyəyə məxsus bölgəsinə raket zərbəsi endirmişdir. Üstündən bir neçə dəqiqə sonra isə Türkiyə eyniliklə İdlibin Rusiyaya məxsus bölgəsinə raket zərbəsi ilə cavab vermişdir və nəticədə hər iki tərəfdən ölən və yaralanan olmuşdur. Sonda Peskov bir daha etiraf etmişdir  ki, Rusiyanın Türkiyə ilə birgə əməkdaşlıq etməkdən başqa çıxış yolu qalmamışdır.

Mikayıl Əsədov.

Bunu paylaş: