Diversantlar məhv edildi

 

Bir neçə gündür ki, Qarabağda vəziyyətin gərginləşdiyinin şahidi oluruq. Həmçinin “Rusiya sülhməramlıları” nın nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən erməni silahlı birləşmələri, mütəmadi olaraq təxribatlara əl atmaqdadırlar.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə mart ayının 26-sı səhər saatlarında erməni silahlı qüvvələrinə məxsus diversant qrupu Daşbaşı yüksəkliyi istiqamətində təxribat törətməyə çalışmışdır. Nəticədə onları qarşılayan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbçiləri düşmənə layiqli cavab vermişlər. Nəticədə düşmən diversantları 2 ölü və iki yaralı itki verərək hadisə yerindən qaçmışlar.
Hər zaman olduğu kimi, Azərbaycan MN düşmənin təxribatı ilə bağlı Rusiya tərəfinə məlumat vermişdir. Əvvəl olduğu kimi də Rusiya tərəfinin reaksiyasını gözləmək mənasızdır.

Əlavə edək ki, Daşbaşı yüksəkliyi strateji nöqtə kimi tanınmaqdadır. Bu səbəbdən düşmən tərəfi, bir neçə gün bundan əvvəl Azərbaycan ordusu tərəfindən nəzarətə alınan Daşbaşı yüksəkliyini geri qaytarmağa çalışır. Həmin yüksəkliyə hakim olan, bütün ətraf kəndləri nəzarətdə saxlamaq ixtiyarı əldə edir.
Beləliklə, ermənilərin məqsədi yüksəkliyi ələ keçirərək bölgəyə şamil olmaq idi.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın