Diqqət, diqqət!!! Bu Azərbaycanın ölüm – qalım məsələsidir.

Diqqət, diqqət!!!
Bu Azərbaycanın ölüm – qalım məsələsidir.

Dostlar, Azərbaycan dövlətçiliyi tarixinin ən mürəkkəb və keşməkeşli dövrlərindən birini yaşayır. Torpaqlarımız və dövlətimiz işğal olunmuş, xalqımızın orta hesabla yarışı bir iqtidarın yaratdığı iqtisadi, sosial və siyasi dözümsüzlük səbəbindən ölkəni tərk etmişdir. Azərbaycanın bir dövlət kimi hərbi və insan resursları qəsdən daxil və xarici düşmənlər tərəfindən zəifləşdirilmişdir. Belə bir vaxta Tovuz hadisələri baş verdi və Rusiyanın birbaşa müdaxiləsi və onun Azərbaycan ordusunda olan agentlərinin əli ilə, başda generalımız olmaqla, on iki nəfəri şəhid verdik. Azərbaycanın belə bir çətin zamanında, faktiki olaraq beş cəbhədə aktiv müharibə aparan, dörd milyon qaçqına sığınacaq verən Türkiyə dövleti Tovuz hadisələri başlayan kimi təmənnasız olaraq bizə öz qardaş əlini uzatdı. Özünün on bir minlik qoşunu, hərbi texnikası, o cümlədən, rusları qorxuya salan BAYRAKTAR tb 2 ləri ilə başda Rusiya olmaqla Azərbaycanın düşmənlərinə öz yerlərini göstərdi.
İllər boyu Rusiyanın Qarabağ münaqişəsində oynadığı “bitərəf” siyasəti faş oldu.
Rusiya artıq öz kartını açıq oynamağa məcbur oldu və birmənalı tərəf olaraq Ermənistanı seçdi. Hətta Putin bir qədər də uzağa gedərək Naxçıvanın da Ermənistana vermək arzusunu bəyan etdi və Ermənistana külli miqdarda silah göndərdi. Beləliklə, Rusiya bizə açıq – aydın düşmən olduğunu əməli işi ilə göstərdi. Bu situasiyada, zərrə qədər mənliyi olan, özünə hörmət edən bir iqtidar, Kremldən gələn zənglərə bir daha cavab verməməli idi. Fürsətdən istifadə edib Türkiyə və Pakistan ilə hərbi müqavilə bağlamalı idi.
Məlum oldu ki, bu hakimiyyətinin nəinki Azərbaycan xalqını, heç öz mənliklərini belə qorumaq iqtidarında deyil. Əliyevlər sülaləsi hakimiyyət naminə neft – qazla bərabər öz mənliklərini də çoxdan xaricilərə satmışlar.
Şəhidlərimizin qırxı çıxmamış işğalçıları gül – çiçəklə qarşılayan hakimiyyət, Türkiyə qoşunlarının Azərbaycanda qalması üçün isə heç bir təşəbbüs göstərilmədi.
Bu zaman “Ramiz Mehdiyev məsələsi” isə gündəliyi dəyişmək üçün fürsətə çevrildi və ucuz İran saqqızı kimi çeynəndi, ceynəndikcə də çürüdü və uzandı.
Ac qarına çal – çağır şoulardan bezən xalq çox həvəslə bu siyasi şouaya da həvəslə baxdı və həzz aldı. Öz aramızdı siyasi şoumenlər də öz rollarını pis oynamadılar.
Bu zaman bir sual verən yoxdur ki, ay şərəfsiz iqtidar, nədən Türkiyə ilə hərbi müqavilə bağlamayıb bizim regionda təklənməyimizə səbəb olursan. Müharibə edən bir ölkənin “Bloklara qoşulmamaq” siyasəti nə deməkdir? Sənin kiminsə yanında “boğaz” olmağın Azərbaycanın və beləliklə də türk dünyasının məhv olması ilə nəticələnməlidir?
Bu yazının əsas məğzi, qayəsi və məramı Azərbaycan xalqının qeyrətli oğul və qızlarının bu çətin günündə nə etməli olduğunu göstərməkdir.
Bu günün bir şüarı olmalıdır.
Getmə Türkiyəm, qal artıq
Ya Qarabağ, ya ölüm
Başqa yolu yox artıq!!!

İşğalçılar Azərbaycandan rədd olsunlar!!!
Bu şüarlar hər yerdə – sosial şəbəkələrdə yazılmalı və paylanmalı, xüsusən Türkiyə və Azərbaycan Youtub kanallarında olan şərhlərdə, FB da, imkan olanda isə küçə və meydanlarda səslənməlidir.
Bu Türkiyənin Azərbaycanda hərbi bazaları qurmaqsını l e g i t i m l ə ş d i r i r !!!

Dostlar, taleyimiz öz əlimizdədir, ona biganə qalmayaq. Onu, əsli, kökü bizdən olmayan, xalq tərəfindən seçilməyən bu iqtidarın ümidinə buraxmayaq!!!
Hamıya bu müqəddəs mübarizədə uğurlar arzulayıram.

Şahin Sirvanlı.

Bunu paylaş: