Diplomatlar və Diasporalar yalnız iki işlə məşğuldurlar

 

Hörmətli oxucular, sizlərə bu gün Azərbaycanın dünyanın 73 ölkəsindəki diplomatik nümayəndələrinin və diasporanın nə işlə məşğul olduğunu bildirmək istərdim. Əvvəlcə, bu diplomatlara, xarici ölkələrdə keçirilməsi üçün tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsindən söhbət açmaq istərdik. Bildirmək istərdik ki, dünyanın 73 ölkəsində fəaliyyət göstərən diplomatlara 2020-ci ildə 180 milyona yaxın vəsait ödənilmişdir. Azərbaycanın xarici ölkələrdə çalışan diplomatlarının, xalq və dövlətçilik üçün heç bir müsbət fəaliyyətləri olmamışdır. Yalnız sabiq prezident Heydər Əliyevin ölüm və doğum günlərini qeyd etmək üçün büdcədən külli miqdarda pul almışlar.

Azərbaycan diplomatiyasının əsas işi yalnız bundan ibarətdir. İkinci “fəaliyyətləri” xarici ölkələrdə aktivlik göstərən müxalifət nümayəndələrini ölkəyə “deportasiya ” etdirmələridir.
Üçüncü məsələ isə diasporadır . Azərbaycan diasporası da, demək olar ki,elə diplomatlar kimi çalışır. Diaspora yalnız büdcədən ayrılan yüz milyonlarla pulu mənimsəməklə məşğuldur. Məsələn, 44 günlük müharibə zamanı və Tovuz hadisələri zamanı dünyanın bir çox ölkəsində Azərbaycan xalqı birlik nümayiş etdirdi. Bu tədbirlərə insanlar öz cibindən vəsait ödəyərək gəlmişlər. Lakin “diaspora komitəsi” bunu öz adına çıxaraq dövlət büdcəsindən vəsait mənimsəyir. Bu vəziyyət illərdir belə davam edir. Diplomatiya və diaspora Azərbaycanın haqq sözünü dünyaya çatdırmaqda acizdir.


Avropada Azərbaycan diplomatiyasını və diasporasını “Qara kürü” adlandırırlar. Bunu səbəbi isə Avropa ölkələri və Azərbaycan arasında olan diplomatiyanın rüşvət üzərində qurulmasıdır. Bəzi Avropa məmurları “Hakimiyyəti ” Beynəlxalq səviyyədə müdafiə, etmək üçün külli miqdarda dəyərli hədiyyələr alırlar. Bununla da Azərbaycan diplomatiyasının və diasporasının ölkənin xeyrinə çalışmadıqları aydın olur. Azərbaycan diplomatiyası və diasporası külli miqdarda pullar mənimsəyərək, yalnız Heydər Əliyev haqqında tədbirlər keçirməklə məşğuldurlar.

Mikayıl Əsədov.

Bunu paylaş: