Dini lider və deputatdan işğalçı çağrışlar

 

Rusiya Dövlət Dumasının Dağıstandan olan deputatı Sultan Həmzəyev, Qazaxıstanda baş verən hadisələri şərh edərkən, separatçı çıxışı ilə yadda qalmışdır. O, referendum edilməsini və Qazaxıstanın Rusiyaya birləşdirilməsinin tələb etmişdir. Onun sözlərinə görə, Qazaxıstan tarixi Rusiya torpaqlarıdır.

Bu şərəfsiz deputat daha sonra qeyd edib ki, bütün türk kökənlilər Türkiyə də daxil olmaqla, öz soylarını Rusiya ərazisində olan Altaydan götürmüşlər.
Deputat Sultan Həmzəyev savadı, şərəf və ləyaqətinin olmadığını bir daha sübut etmiş oldu. O, unudub ki, Türk dövlətləri yer üzündə olanda, “slavyan kökənli ruslar” kimdən yarandıqlarını bilmirdilər. Təəssüf olsun ki, Sultan Həmzəyev türk soyu daşıyaraq bu sözləri deməkdədir.

İkinci təxribatçı çıxış isə, Bütün Rusiyanın Patriarxı Kirildən gəlmiş oldu. Patriarx birbaşa Qazaxıstan üçün dua etdiklərini və oranı da öz vətəni hesab etdiyini qeyd etmişdir. Bu yerdə də Rusiyanın dini liderinin siyasi və təxribatçı sözlər söyləməsinə etiraz edirik. Yaxşı olardı ki, Bütün Rusiyanın Patriarxı Kirill, xəstə, təxribatçı, separatçı, terrorçu Putin və Kreml siyasətinə təzyiqlər etsin ki, günahsız insanları öldürməsinlər. Əks – təqdirdə “Tanrı Kirilli, Putini” və s kimi qan tökənləri və onlara dəstək verənləri bağışlamayacaqdır.

Görünür, Rusiyanın dövlət xadimlərinin belə bir təxribatçı bəyanatlar verməsi, çoxdankı arzuları idi. Putin bir daha imperiyanı bərpa etmək istəyini dünyaya açıq şəkildə elan etmiş oldu.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın