Dil leksikonumuzda İran sözü, “Güney Azərbaycan” kəlməsi ilə əvəz edilsin

İlham Əliyevin Türkiyə səfərindən sonra, İran mətbuatı yenə Azərbaycana qarşı hücum etməyə başlamışdır. Mollaların qısqanclığı hər kəsə bəllidir. Söhbət paralel olaraq İlham Əliyevlə birgə İsrail Prezidenti İsaak Heroqun da Ankarada rəsmi səfərindən gedir.
Bu arada, aldığımız xəbərə görə, İran Bakı və Ankaraya mesaj göndərmək üçün bir neçə “Güney Azərbaycan” lı siyasi fəalı həbs etmişdir.

Son vaxtlar Rusiyanın vəziyyətinin ağırlaşması, rəsmi Tehranı da qorxuya salmaqdadır. Məsələ burasındadır ki, molla rəhbərliyi anlayır ki, Rusiyanın çökməsi İranı da süquta gətirib çıxaracaqdır.

İllərdir ki, Azərbaycana və “Güney Azərbaycan” da yaşayan söydaşlarımıza qarşı qərəzli mövqe sərgiləyən fars rejiminə cavab vermək vaxtımızın gəldiyini bildirmək istərdik.


Yaxşı olardı ki, Azərbaycan leksikonun- dakı İran sözü “Güney Azərbaycan” sözü ilə əvəz edilsin. İllərdir ki, bizlərə dost deyərək min bir düşmənçilik edən mollalara qarşı xalq olaraq mövqe bildirməliyik. Tarix boyu, son 44 günlük müharibə zamanı və sonra bizə qarşı etdikləri təxribatlara qarşı ən yaxşı cavab “Güney Azərbaycan” sözü olardı.

Bir sözlə, biz Azərbaycan xalqı olaraq, bölgədə 40 milyonluq həmvətənlərimizin müdafiəsinə qalxmalıyıq. Çünki bu Bizlərin qan, xalq, vətən, tarix borcumuzdur. Bir daha təklif edirəm ki, İran sözü dilimizdən ləğv edilməli və Güney Azərbaycan sözü ilə əvəz edilməlidir!

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın