Dilənçi səhiyyəmiz

Hörmətli oxucular, bütün dünyada yayılan COVİD-19 pandemiyası Azərbaycanda səhiyyənin nə vəziyyətdə olduğunu ortaya qoydu. İlham Əliyevin illərdir ,,səhiyyə inkişafı” nəzəriyyəsi fiaskoya uğradı və artıq Azərbaycan nümayəndə heyəti bir çox ölkələrdən vaksin dilənməyə başlamışdır. Hətta bir müddət əvvəl Çin, Kuba, İtaliya, Rusiyadan həkimlər Azərbaycana yardıma gəlmişlər. Səhiyyə Naziri Oktay Şirəliyev isə Qalileo Qaliley ulduzu kimi bir zaman sonra bir dəfə göründü.
Səhiyyə bərbadlığında məsuliyyət İlham Əliyev və Oktay Şirəliyevin üzərinə düşür. Bu işdən bir sual doğur:
– Bəs niyə Azərbaycanda Milli Elmlər Akademiyası və rəhbəri Ramiz Mehdiyev var və onlar nə işlə məşğuldurlar?

İmza; İlham Əli

Bunu paylaş: