Diaspora nümayəndələri,Fuad Muradov və Polad Bülbüloğlu hardasınız?


Xatırladaq ki, diasporanın işi kimliyindən və tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşın yanında olub və hər birini dəstəkləməlidir. Lakin çox təəsüf ki, diaspora rəhbərliyinin son vaxtlar dünyanın bəzi ölkələrində ermənilərin azerbaycanlılara qarşı təxribatının diasporamız tərəfindən heç bir reaksiya verilməməsi üzücüdür.Əsasən Rusiyanın bəzi şəhərlərində baş vermiş toqquşmalarda soydaşlarımızın ayrı -ayrılıqda hərəkət etməsi buna nümunədi. Amma bu xalq diasporasında birləşərək əsl vətənpərvərlik nümayiş etdirdi və biz bu Azərbaycan xalqının qarşısında baş əyirik.
Bu halda Fuad Muradov və Polad Bülbüloğluna söyləmək istərdim haralardasınız?
Bəs niyə bu diasporaya ildə xalqın büdcəsindən milyonlarla pul ayrılır? Axı siz bu pulları xalqın büdcəsindən alırsınız. O zaman xalqa xidmət göstərin,hakimiyyətə yox.

Ímza: Mikayıl Əsədov

Bunu paylaş: