Devlət Bahçeli İlham Əliyevə etiraz etdi

 

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Devlət Bahçeli İlham Əliyevə etirazını bildirmişdir. Devlət Bahçeli bildirmişdir ki, o Şuşanın azad edilməsi ilə bağlı, öz MHP partiyası adından orada 9 sinifli məktəb inşa etmək istəyirdi. Lakin Azərbaycan tərəfi MHP-nin bu planını qəbul etməmişdir.

Söhbət bu məsələdə çox incədir. Çünki inşa ediləcək məktəbin üzərində simvolik olaraq qədim türk simvolları və qardaşlıq rəmzi əks olunmalı idi. Dövlət Bahçeli soyuqqanlılıq nümayiş etdirərək, Azərbaycan hakimiyyətinə yenə də dəstək numayiş etdirmişdir.

Nəzərə alsaq ki, Türkiyə siyasətində söz sahibi olan MHP partiyasına qarşı, hakimiyyətin bu cür hərəkəti qəbul edilməzdir. Hələ ki, son vaxtlar, Türkiyə Azərbaycanı sakit – sakit izləyir.

Sonda qeyd edək ki, İlham Əliyevin Şuşada inşa edilməli olan, Türk simvolik məktəbinə qarşı çıxması, onun gələcək planlarından xəbər verir. Yəqin ki, gələcəkdə azad edilən torpaqlara torpaq sahibləri deyil, qeyri- millətləri köçürüləcəkdir. Bu səbəbdən simvolik məktəbin tikilməsi İlham Əliyevi narahat edir.

Mikayıl Əsədov.

Bunu paylaş: