Deputatxana kimlərin hüququnu qoruyur

 

Oktyabr ayının birindən bir sıra, o cümlədən məhkəməyə müraciət edərkən ödənilən dövlət rüsumlarının məbləgi xeyli artırılıb. Praktik olaraq, əsasən 10 dəfədən yüz dəfəyə qədər. Məsələn, 50 min manatlıq iddia tələbi irəli sürən vətəndaş indiyə qədər cəmi 30 manat rüsum ödəyirdisə, indi 240 manat ödəməlidir. Yəni əvvəlki məbləğdən 8 dəfə çox. 120 min manatlıq evinin mübahisəsini qaldırmaq istəyən vətəndaş əvvəllər, yenədə cəmi 30 manat dövlət rüsumu odəməli idisə, indi bu məbləğ 510 manat təşkil edir, yəni 17 dəfə artıq. Bu artımlar hesabına əhalinin il ərzində 100 milyon manatdan çox vəsait itirəcəyi proqnozlaşdırılır.

Buna baxmayaraq, deputat Tahir Mirkişili bildirib ki, bu artımın vətəndaşların həyatına heç bir mənfi təsiri olmayacaq… Lakin artıq olub. Vətəndaş Minarə Quliyevanın 16 il bundan qabaq 50 min dollarlıq evini uçurub, ona ev tikəcəklərini söz vermiş “Amay” sahiblərinə qarşı iddiasının Nərimanov rayon məhkəməsinə qəbul edilməsi üçün ondan 345 manat rüsum ödənilməsi tələb olunub. Yazıq qadın 30 manat güclə tapıb rüsum ödəmişdi. İndi bir aydır ki, pul axtarır. Deputat Tahir Mirkişili yaxşı bilir ki, üzvü olduğu deputatxana oliqarxların hüquqlarını qorumaq üçündür, kasıbların yox.

Namizəd Səfərov.

Bunu paylaş:

Bir cavab yazın