Deputatlar banklara etiraz etdi

 

 

Hörmətli oxucular, xatırladım ki, bir müddət əvvəl “Qullar ölkəsi Azərbaycan” məqaləsi xəbər portalımızda dərc olunmuşdur. Bəzi Millət Vəkilləri banklar barədə danışmağa başlamışlar. Yenə də hər şeyin günahını, səriştəsiz idarəetmədə deyil, kimdəsə görürlər.

Millət Vəkilləri Siyavuş Novruzov, Fəzail Ağamalı, Məlahət İbrahimqızı ölkədə bank faizlərinin yüksək olmasına etiraz ediblər. Siyavuş Novruzov qeyd etmişdir ki, Azərbaycanda ən aşağı bank faizləri 24 faizdən hesablanmaqdadır. Məlahət İbrahimqızı lombardlara etiraz etmişdir. Fəzail Ağamalı isə ümümi bank sistemlərində problemin olmasını söyləmişdir. Bununla bağlı deputatlar Milli Məclisdə yeni qərar qəbul edərək, monitorinq aparılmasını qəbul etmişlər.

İllərdir bu çür yüksək faizlə əhaliyə kredit verən banklardan bəs niyə indi narazılıqlarını bildirirlər?.
Söhbət bankların çoxunun idarəçisi keçmiş Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev və onun ailə üzvlərinin olduğundan gedir. Bu səbəbdən illərdir deputat kürsüsündə oturanlar, Ramiz Mehdiyevin bu işdə əli olmasından danışmağa qorxurdular. Çünki həmin zaman Milli Məclisə deputat kimi, işə götürmə rəhbəri Ramiz Mehdiyev idi.

Demək olar ki, dünyada ən yüksək faiz dərəcələrindən biri Azərbaycandır.
Nəzərə alsaq ki, ölkədə 90 faizdən çox insanın banklara borcu vardır. Ağır durumda yaşayan xalqımız, bu faizlər üzündən əmlaklarını itirmişlər. Dövlət tərəfdən sığorta sisteminin olmaması, üzündən bütün məsuliyyət vətəndaşın üzərinə düşməkdədir.

İlham Əliyevin apardığı daxili siyasət nəticəsində, işsizliyin səviyyəsi yüksək olduğu bir ölkədə banklar vasitəsi ilə insanları “qul” vəziyyətinə saxlayırlar. Əhalimizin yeraltı və yerüstü sərvətləri olsa da, hakimiyyət xalqı bu vəziyyətdə saxlamaqda maraqlıdır. Çünki insanları yüksək faizli banklara möhtac edərək, xalqın sərvətin talamaqdadırlar.

Bu gün ölkədə, İlham Əliyev və hakimiyyəti, xalqın sərvətinin 10 faizini xalqa versəydilər, insanlar banklara möhtaç olmazdı. Bu gün Millət Vəkillərinin bank faizlərindən danışmasının bir səbəbi vardır– Azərbaycan əhalisi artıq İlham Əliyev və hakimiyyətindən təngə gəlmişdir. Ac, işsiz, hər yerə borcu olan, aldanan, sərvəti talanan bir xalq, hər an partlaya bilər. Bunun sonu isə yaxşı olmayacaqdır.

Mikayıl Əsədov.

 

Bunu paylaş: