Demokratiya, yoxsa Xalq Hakimiyyəti?

 

İdeoloji proqramlar insanların psixologiyasına uyğun olmadıqda, məram və məqsəd arzuları ifadə etmədikdə, xalq mübarizəyə qoşulmur. Məhz Azərbaycanda baş verən bütün cinayətlərin getdikcə artmasının səbəbi də ideoloji boşluqdur. Məram və məqsədin insanların arzularını ifadə etməməsi parçalanmaya, bölücülüyə, zəifləməyə, tənəzzülə, çöküşə səbəb olur və nəhayət, əsarətə zəmin yaradır!
Xalqımızın tək-tək insanları istisna olmaqla bütöv hissəsi, yad mənşəli dildə olan,”demokratiya”sözünün nə məna kəsb etdiyini bilmədikləri halda,( çox vaxt da bu sözü ” anarxiya” ilə qarışdıraraq), siyasi partiyalar xalqı demokratiya uğrunda mübarizəyə səsləyirlər. Sual yaranır ki, məgər xalqımızın anladığı Türk dilində demokratiya sözünün tərcüməsi yoxdurmu ki, siyasi partiyalar həzm olunmayan yad dildə olan sözdən isdifadə edirlər? Tərcümə olunmayan insan sözü, fikri yoxdur. “Demokratiya” sözü Xalq Hakimiyyəti mənasında işlədildiyi halda,siyasi partiyalar nə səbəbə millətin dilini zədələyərək, mənasını anlamadığı yad dildə olan bu sözü tutuquşu kimi əzbərləyib, ifadələrində gen-bol işlətməyə çalışırlar?
Xalqın ən savadsız sayılan kəsimi belə artıq anlayır ki,demokratiyanın irəli sürdüyü 3 müddəanın hər üçü boş və əsassız şüarlar olan aldatmacadır.

Yağışdan sonra göbələk kimi artan siyasi partiyalar iddia edirlər ki,demokratiyanın 3 müddəasından biri olan SEÇMƏK VƏ SEÇİLMƏK AZADLIĞI Azərbaycanda həyata keçmir, çünki seçki saxtakarlığına yol verilir. Xalqın məntiqi düşüncə sahibləri siyasi partiyaların düşüncəsizlikdən,yaxud bilərəkdən, qəsdən, xalqı aldatmaq üçün demokratiya şeytani sistem oyununun SEÇMƏK VƏ SEÇİLMƏK AZADLIĞI müddəasına inanıb, inanmaması müəmmalı olsa da, xalq fərqinə varmadan o partiyaları inkar və rədd edir, çünki hər iki halda onlardan heç bir səmərə və fayda gözləmir.
Azərbaycan xalqı yalnız milli maraqları ifadə edəcək yeni ideoloji proqramla hərəkətə gələ bilər.

Əkbər Cavadov.

Bunu paylaş:

Bir cavab yazın