Demokratiya, yoxsa ideoloji ekspansiya

 

 

“Demokratiya” pərdəsini altında nisbətən az inkişaf etmiş ölkələrdə imperiyalist dövlətlər müxtəlif oyunlar qururlar, hansı ki, həmin işlər həmin ölkələrin özündə qəti qadağandır.
Məsələn, bu gün Tərtər qətliamının baş memarı Xanlar Vəliyevi və Hikmət Həsənovu İqbal Ağazadə və onun dəstəsi müdafiə edirsə, buna bizdə “söz azadlığı” və ya “təqsirsizlik prizumpsiyası” kimi adlandıa bilərlər. Lakin demokratiyanın beşiyi olan Qərb ölkələrində bu qətiyyən mümkün deyil. Dövlətin və millətin maraqlarına zidd olan heç bir fikir ( bəzən o fikirlər qanuni olsa belə), heç bir hərəkət qətiyyən mümkün deyil. Məsələn, Türkiyə prezidenti R. T. Ərdoğanla sıcaq münasibətlərinə görə, türk əsilli futbolçu Məsud Özülü yığma komandadan uzaqlaşmağa məcbur etdilər, baxmayaraq ki, o, heç bir qeyri – qanuni hərəkət etməmişdi.


Yaxud, eyni səbəbdən Belçikada türkəsilli tanınmış siyasətçini mənsub olduğu partiyadan xaric etdilər.
Bir çox Avropa ölkələrində məktəblərdə hicab qeyri – rəsmi olaraq qadağandır, baxmayaraq ki, insanların şəxsi həyatına müdaxilə etmək beynəlxalq qanunlarına görə qadağandır.
Yaxud, bəzi Avropa ölkələrdə qondarma erməni soyqırımını inkar etmək qadağandır, baxmayaraq ki, yenə də beynəlxalq qanunlara görə, hər kəsin öz fikirlərini azad ifadə etmək hüququ var.
Bu misallar kifayət qədərdir.
Min illər öncə Xaç yürüşləri ilə qılınc gücünə müsəlman – türk ölkələrini özünə ram edə bilməyən Avropa, idealoji mübarizəsini heç vaxt bir gün də olsa saxlamamışdır.

Bu fəaliyyətlər “gender bərabərliyi”, “feminist hərəkatı”, “müasir islam”, kimi müxtəlif proqramlar çərçivəsində həyata keçirilir və bu sahəyə külli miqdarda pul ayrılır.
Son zamanlar türk və müsəlman aləminin, bütün məzlumların yeganə ümid yerinə çevrilmiş Türkiyə dövləti həmin imperiyalist qüvvələrin “baş ağrısına” çevrilmişdir.
Onun bariz nümunəsi, Türkiyənin hər tərəfdən düşmən ölkələr tərəfindən öz hərbisi ilə mühasirəyə alınması, Amerika prezidenti C. Baydenin qondarma erməni soyqırımının tanınmasıdır.
Bu gün məlum olur ki, əsasən Qərbdən maliyyələşən bir sıra dairələrin təsiri altında olan Türkiyənin Boğaziçi universitetinin tələbələri C. Baydenin qondarma erməni soyqırımının tanıması ilə əlaqədar erməniləri təbrik edib, onların acısını bölüşüb və bu mübarizədə onlara uğurlar arzulayıblar.
Yuxarıda qeyd etdiyim kimi, demokratik Avropada belə bir şey mümkün deyil.
Belə bir sual yaranır: ay “türk” cavanlar, Xocalı soyqırımı əleyhinə, yaxud Ermənistanın Qarabağı işğalın qarşı nə zamansa səsinizi qaldırdınızmı?
1915 – ci ildə ermənilərin 2 milyona yaxın türkü qətlə yetirməsindən xəbəriniz varmı?
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın yeddi bölgəsində törədilmiş erməni vandalizmdən xəbəriniz varmı?
Cavab birdir – yox. Çox təəssüf.
Necə deyərlər, ay “türk” cavanlar, siz “Roma papasından çox katolik olmaq istəyirsiniz?”
Budur sizin demokratiya haqqında olan anlayışınız?
Dədə – babalarımızı qətlə yetirənlərimi təbrik edirsiniz?
Onu da qeyd edək ki, Türkiyədə də, bizdə olduğu kimi, ideoloji sahədə xeyli boşluqlar vardır.

Məsələn, qondarma erməni soyqırımı haqqında Türkiyədə xeyli kitablar dərc olunub və açıq şəkildə satılır.
Məlumat üçün onu da qeyd edək ki, bir qədər əvvəl həmin universitetin tələbələri homoseksualizmə münasibəti yaxşı olmadığı üçün, Türkiyə prezidenti tərəfindən təyin olunmuş yeni rektorun universitetdə fəaliyyətinə etiraz etmişdilər.
Bəzi ekspertlərin fikrincə, Qərbin, o cümlədən Amerikanın, antitürk təbliğatı erməni faşizminin güclənməsinə və onları Qarabağda yeni təxribatların törədilməsinə təhrik edə bilər.
Hər halda, Türkiyə və Azərbaycan bütün bunları nəzərə almalıdır.

Şahin Şirvanlı

Bunu paylaş: