Dedim bu uşaq rus dilini qəbul edib, böyüyəcək…

 

5-10 gün öncə 85 nömrəli marşrutla 28 maya Vital klinikaya gedirdim. Sonuncu oturacaqda bir uşağın yanında əyləşdim. Uşaq çevrilib hərdən-hərdən üzümə baxırdı. Mən onun təbəssümlü gözlərində bir dərin sevda duydum. Onun saçlarını tumarlayıb soruşdum. Neçənci sinifdə oxuyursan? Onun yan tərəfində oturan kişi dilləndi: “1-ci sinifə gedir”. Bu uşağın babası idi. Dedim, yaxşı oxuyursan? Sevirsən əlifbamızı?

Yenə baba cavab vedi:
– O rus dilində oxuyur.
Mən çox müasir biri olsam da, bizim millətin körpələrinin başqa dildə təhsil almasının əleyhinəyəm.
Daydaya dedim, nə üçün bu uşağı rus məktəbinə qoymusunuz?
Uşaq özü inanmıram seçim etsin ki, mən rus dilində oxumaq istəyirəm.
Baba dedi: “bizim təhsil əvvəlki kimi mükəmməl deyil. Dərsliklər bərbad gündədi. Gələcəyimizi də yaxşı heçnə gözləmir. Rus dilini dəqiq öyrənib ali məktəbə qəbul olandan sonra getsin, xaricdə firəvan yaşasın”.
Mən çox əsəbləşdim. Zorla özümü saxlayıb, uşağın saçını sığallaya-sığallaya rus dilində soruşdum:
– Azərbaycan məktəbinə getmək istərdinmi?
Uşaq başını razılıqla tərpətdi. Dedim ay dayı, ay baba sən öz dövranını sürmüsən.
Nədən uşağın gələcəyini korlamaqla bərabər ondan Vətən sevgisini alırsan?
Kişi dilləndi: niyə alıram ki,…
Dedim bu uşaq rus dilini qəbul edib, böyüyəcək. Ali təhsil alıb Vətəni tərk edəcək. Başqa milləti evlənmək üçün seçəcək. Bütün Azərbaycan vətəndaşları belə etsə onda biz bu ölkəni sevə bilərikmi? Dilimizi qoruyub saxlayarıqmı?
Və..s…çox söhbət etdim. Hamısını yazmıram.

Danışığımıza soğan yeyənlər qarışdı…

Say artdıqca, qəzəblər çoxaldı…
Təkləndim.. dilimlə bərabər…😭
Hamı başladı təhqirə:
Nə dövlətdi?!
Nə millətdi?!
Nə dolanışığdı?!
Nə yaşamaqdı?!
Belə bir ölkənin dilini bilincə bilməsək yaxşıdı.
Aydın oldu ki, əksər insanların övladları rus məktəblərində təhsil alıb və alanlar da çoxalır…
Bu da bizim gələcəyimiz.

Orxan Baxışlı.

Bunu paylaş:

Bir cavab yazın