Daxili siyasi mübarizədə Qarabağ kartından istifadəyə son qoyulmasa, heç nəyə nail olmayacağıq!

 

Qarabağ fenomenal hadisə kimi erməniləri birləşdirən idealoji silah, bizdə isə siyasi rəqiblərlə haqq-hesab çürütmək fürsəti oldu. 1988-ci ildə yüz minlərin etirazların üzü Qarabağa idi, ustaca (namərdcə də demək olar) yönü daxili siyasət meydanına çevirdilər. Məğlubiyyətimizin “BAŞ SƏBƏBİ” budur! 30 il keçib, heç nə dəyişməyib! Bu gün də Qarabağ siyasi opponentləri susdurmaq alətidir. Bu dəyişməyincə, ölkədə nəinki torpaqları qaytarmağa, heç bir sahədə uğur qazanmağa inam olmayacaq! Qarabağ yürüşündə iştirakına görə həbs olunanlar dərhal azad edilməlidirlər.

Ímza :Vahid Qazi

Bunu paylaş: