Daxili İşlər Nazirliyi Azərbaycan “tarixinin ən böyük əməliyyatını” keçirdi…

Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, İmişli rayonu Su Nəqliyyatı Polis idarəsi Mil-Muğan kanalında keçirdiyi əməliyyat nəticəsində, “brakonyerlik” lə məşğul olan şəxs saxlanılmışdır. Saxlanılan şəxs qanunsuz olaraq balıq ovunda ittiham olunur. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 256.1 ci (Balıq və digər su məhsullarına qanunsuz olaraq xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi açılmışdır. Bu əməliyyat tədbiri Azərbaycan tarixində ən geniş brakonyerlik əməliyyatı kimi tarixə düşməkdədir.

Təqdim edilən şəxsin şəklində görünür ki, saxlanılan şəxs bir neçə kiçik ölçülü balıq ovlamışdır. Çox utancveriçi bir vəziyyət olduğunu anlamaq belə çətin deyildir. Təəssüf ki, İlham Əliyev və onun məmurları bu gün bir neçə balıq ovlayan şəxsə, külli miqdarda balıq ovçusu damğası vurmaqdadır.
Bu gün Əliyevlər ailəsi Xəzər dənizinin və Azərbaycanın digər su hövzələrində olan sərvətləriözününküləşdirməkdədir.
Deyə bilərik ki, balıq və kürü biznesi Azərbaycan məmurları tərəfindən illərdir ki, monopoliya şəklində idarə olunmaqdadır.

Daxili İşlər Nazirliyinə bildirmək istərdik ki, Neftçala şəhərində balıq bəslənmə mərkəzləri qanunsuz fəaliyyət göstərməkdədir. Yaxşı olardı ki, Azərbaycanın su polisi o bölgələrdə də, reydlər keçirsin.

Görün nə günə qalmışıq ki, bir iki “kilkə” balığı tutan şəxsə brakonyer adı verilir. Lakin Xəzəri dənizinin canlı sərvətlərini məhv edən məmurlara kimsə bir söz demir.
Vilayət Eyvazov əgər brakonyer axtarırsa, onu kasıb xalqın arasında deyil, hakimiyyətdə axtarmalıdır. Bütün balıq monopoliyası Əliyevlər, Paşayevlər, deputatlar və bəzi məmurların əlindədir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın