Daria Duqinanın öldürülməsi Putinə xəbərdarlıqdır

Rusiya siyasətini müəyyənləşdirən əsas şəxslərdən biri,  Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızının həlak olması xəbəri yayılmışdır. Şahidlərin verdiyi məlumata görə Daria Duqina avtomobili idarə etdiyi zaman partlayış baş vermiş, daha sonra isə idarəetməni itirərək divara çırpılmışdır. Nəticədə isə Aleksandr Duqinin qızı Daria Duqina yerindəcə ölmüşdür.

Bu hadisədə terror aktı istisna edilmir. Rusiya tərəfi baş verən partlayışda ukraynalı milliyyətçiləri günahlandırmaqdadır. Dərhal hadisə yerində olan Aleksandr Duqinin hansı hisləri keçirdiyi açıq aydın görünməkdədir.

Putinin məsləhətçisinə qarşı edilən bu hücumun əsas səbəblərini araşdırsaq daha yaxşı olar. İlk öncə hadisəni Ukrayna ilə bağlamaq daha məqsədə uyğundur.
Bilirik ki,  Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq siyasətinin əsas tərəfdarlarından biri Aleksandr Duqin olmuşdur. O,  dəfələrlə açıq şəkildə rəsmi Kiyevə öz nifrətin bildirmişdir.
Görünür,  buna cavab olaraq Putin və ətrafına xəbərdarlıq edilmiş oldu. Bəlkə də kim  bilir,  sonrakı hədəf Putinin qızlarıdır?

Digər tərəfdən isə, bu hadisəni təşkil edənlər Ukraynadakı müharibənin dayandırılmasına maneələr yaratmaq istəyirlər. Son günlər aldığımız xəbərə görə Türkiyə və BMT-nin vasitəçiliyi ilə tərəflər arasında nəsə razılıq olduğu deyilirdi. Bu səbəbdən müharibənin uzanmasını istəyən bəzi qüvvələr bununla Rusiyanın Ukraynaya qarşı nifrətini daha da artırmaq istəyirlər. Onlar Duqinin əli ilə,  Putinin Ukraynaya qarşı daha qəddar olacağını düşünürlər. Məsələ burasındadır ki,  Baş məsləhətçi indiki vaxt intiqam axtarışındadır. Buna görə də o, bunu edənlərə qarşı daha qəzəblidir.

Beləliklə,  deyə bilərik ki,  Daria Duqinin ölümü bir tərəfdən Putinə xəbərdarlıq, digər tərfdən daha qəddar olmağı işarə edir. Ən azından bu hadisə Kreml üçün çox ağır hadisədir. Ən azından Rusiyanı yenidən düşündürməyə məcbur edir.
Xatırladaq ki,  Daria Duqina Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətində aktiv iştirak edən şəxslərdən biri idi. O,  bu yaxınlarda işğal edilmiş Ukrayna torpaqlarından yeni qayıtmışdı.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın