Dana arpası bölə bilməyən, “Polis” işləyir…

 

Ölkə daxilində cinayətkarlardan, sabitliyi qorumaq üçün güc strukturlarından birinə sığındığımız qurum polisdir. İnsanların canında xof olmasa, bəlkə də dünyanın ən qatı cinayətləri bizim ölkədə baş verər. Alqışlayıram o polisləri ki, vicdanı, ədəbi, ərkanı, özünə hörmət qoyanı və ən əsası da savadı ilə məqam qazananı..
Ancaq reallıqda polis məmurları və kiçik rütbəli asayiş keşikçiləri, çox zaman vətəndaşlarımızla amansızcasına davranırlar. Yaşlısı, ahılı, uşaqlı böyüklük, hər kəsə sərt davranma nümayiş etdirib, insanlığa sığmayan rəftar edirlər. 500 azn qarşılığında dövlətə necə sadiq və tabeçiliyində olduğu rəsilərin başını “dik” etməkdən, məvacibinin üstünə 10-15 azn artıq yazılması üçün bütün gün şikarlarını gözləmiş yırtıcı aslan kimi vətəndaşların üstünə şığıyırlar.

 

Olmazın qeyri rəftar münasibətlərini gözlər önündə nümayiş etdirirlər. Hakimiyyətin ünvanına, qurumların önünə yığılaraq xalq öz haqq səsini duyura bilmir. Ölkədəki xaosdan qorxaraq, dərhal asayiş keşikçilərini aksiya və ya mitinq yerinə gətirərək, kütlənin yığışdığı həmin ərazini şikayətçilərdən “təmizləyərək”, şərləyib həbs edirlər. Son zamanlar isə, hakimiyyət dahada vəhşiləşməkdədir. 2-3 nəfərin yığışdığı yerə dərhal polis yaxınlaşıb amansız müdaxilə edir. Konstitusiyamıza görə, hər kəsin sərbəst toplaşma və söz azadlığı hüququ olsada, hərçənd qanunlardan xəbərsiz, insanlıqdan xəbərsiz polis işçiləri daha çoxdur. Çünki əksəriyyəti rüşvətlə, “dayday”la, tapşırıqla, kənddə inək satıb polisə düzəlməklə qanunlardan bixəbərdirlər.

 

Çoxları isə, hakimiyyətin əmrini yerinə yetirməkdədir. Hakimiyyətimiz bərabər, vətəndaş cəmiyyətinin savadlı və qanunun aliliyini üstün tutan asayiş keşikçilərinə daha çox ehtiyacı var..

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: