Danışıqlar baş çatdı, ən yaxşı nəticə müvəqqəti atəşkəs ola bilər

 

Ukrayna-Belarus ( Ağrusiya) sərhəddində danışıqlar baş tutmuşdur. Ukrayna və Rusiya nümayəndələri bu görüşə böyük sayda heyətlə qatılmışlar. Hər iki tərəfdən prezident, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi nümayəndələri təmsil olunmuşlar.

Ukrayna tərəfi işğalçı rus qoşunlarının ölkəsini tərk etməyini, Krım, Luqansk, Donetskin geri qaytarılmasını tələb edir. Bunun qarşılığında isə, rəsmi Kiyev özünü neytral dövlət kimi qeyd edir.

İşğalçı Rusiya tərəfi isə, Ukraynanın NATO – ya qəbul edilməyəcəyinə görə Qərbdən rəsmi bəyanat tələb edir. Rusiyanın tələbi nəinki Ukrayna, ümumiyyətlə, Avropanın şərqindən Rusiyaya qarşı təhlükənin olmayacağına təzminat almaqdır.
Bir sözlə, tərəflər təkliflər və tələblər irəli sürsələr də, görünür, bir – birilərinə inamı itirmişlər.

Baş tutan Ukrayna – Rusiya görüşündə hansısa real nəticə əldə edilməsi inandırıcı deyil.
Tərəflər arasında ən yaxşı nəticə Suriya, Liviya nümunəsi ola bilər.
Rusiya heç vaxt Ukrayna ərazisindən geriyə addım atmaq fikrində olmayacaqdır. Çunki Putin Qərbi də özü kimi hesab etməkdədir. Rusiya imperatoru dəfələrlə çıxışında Qərbə inanmadığını qeyd etmişdir.
Bu gün isə, Putin Rusiyası öz həyasızlığını və işğalçılığını göstərməklə heç bir kompromisə getməyəcəyini əvvəlcədən göstərir.
Bir sözlə, bu gün danışıqların ən yaxşı nəticəsi bu ola bilər ki, tərəflər öz mövqelərində qalmaqla müvəqqəti atəşkəs barəsində düşünə bilərlər. Ukrayna öz haqqını tələb etsədə, işğalçı Putin heç bir güzəştə getmək fikrində deyil. Buna görədə real nəticədən danışmaq hələ tezdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın