Daha iki əsirimiz vətənə gətirildi

Dünən Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsi prosesi baş tutmuşdur. Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun mətbuata verdiyi açıqlamada bildirilmişdir ki, Azərbaycana 2 əsir və Ermənistana isə 4 əsir qaytarılmışdır. Xatırladaq ki , bir müddət əvvəl də əsirlərin dəyişdirilməsi eyni cür baş tutmuşdur. Azərbaycan tərəfinə qaytarılan əsirlər həkim nəzarətindədir və onlara tibbi yardım göstərilməkdədir.Ümid edirik ki, tezliklə bütün əsirlərimiz vətənə qaytarılacaqdır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: