Daha bir məmurun adı Londonda çirkli pulların yuyulmasında hallandı

 

Beynəlxalq Mütəşəkkil Cinayətkar və Korrupsiya Hesabatının (OCCRP) Böyük Britaniya bürosu Azərbaycanın Milli Məclisinin deputatı Cavanşir Feyziyevin adına milyonlarla pul köçürülməsi faktını qeydə almışdır. OCCRP – nin məlumatına əsasən “millət vəkili” 15 milyon funt-sterlinq civarında çirkli puluna Böyük Britaniyanın Milli Cinayətlətlər Agentliyi həbs qoyulması barədə hökumətə müraciət etmişdir. Güman edilir ki, Feyziyevin xalqdan oğurladığı pullara qısa zamanda həbs qoyulacaqdır. Daha bir məlumatda qeyd edilir ki, “millət vəkili” Çavanşir Feyziyevin həyat yoldaşının adında olan təxminən 8 milyon funt-sterlinq, oğlu Orxanın adında isə 7miyon funt-sterlinq vardır. Britaniyanın Milli Cinayətlər Agentliyi qeyd edir ki, onların araşdırmaları nəticəsində Feyziyevlər ailəsinin pulları, onları yaxın qohumları Elman Cavanşirin bank hesablarındadır.

Adını millət vəkili qoyan bu şəxs, xalqın pullarını oğurlayaraq Londonda, iki böyük “Laundarmrtindan” adlı dərman şirkəti qeydiyyatdan keçirmiş və çirkli pulları bu şirkətin hesabına köçürmüşdür. London polisi əlavə edib ki, şirkətə bu vaxta qədər 138 milyon dollar pul vəsaiti köçürülmüşdür.

Son zamanlar qeyd etmək olar ki, İlham Əliyev və onun məmurları Böyük Britaniya polisi tərəfindən hədəfə cevrilmişdir. Bildiyiniz kimi, müsadirə edilən vəsaitlər rəsmi olaraq Britaniya budcəsindən köçürülməkdədir. Böyük Britaniyanın bu yolla asan qazanc əldə etdiyini deyə bilərik. İlham Əliyev və məmurlarının xalqın pullarını oğurladıqları bəs deyilmiş kimi, xarici dövlətin büdcəsini də doldurmaqdadırlar. Talanan xalqın bu cinayətkar hakimiyyətə nə qədər dözəcəyimi anlamaq olmur. Bu, sadəcə milli məclisin deputatının tək Londondakı, tək bilinən 130 milyon dollarlıq sərvətidir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın