Daha bir məmur yolunu azdı

 

Azərbaycanda daha bir məmurun özbaşınalığından söhbət açmaq istərdik. Söhbət Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, hər zaman yaltaqlığı ilə seçilən Xanhüseyn Kazımlıdan gedir. İyul ayının 29-da Nərimanov rayonunda yerləşən restoranların birindən çıxan deputat və sürücüsü orada özünü dolandırmaq üçün pərakəndə satıcılıqla məşğul olan bir qızı döyərək təhqir etmişlər. Şahidlərin sözlərinə görə ilk öncə avtomobilin arxa oturacağında əyləşən Xanhüseyn Kazımlı həmin qızı təhqir etmiş və sonra sürücüsü avtomobildən düşərək onu döymüşdür. 5 qat Milli Məclisin deputatı öz xalqına qarşı belə qəddar davranmaqla kim olduğunu üzə çıxarmışdır. Zərərçəkmiş Nərimanov rayonu Polis İdarəsinə hadisə ilə bağlı müraciət etmişdir.

Hadisə ilə bağlı həmin rayonun 18-ci polis bölməsində istintaq-təhqiqat işləri aparılmışdır. Şahidlər o azyaşlı qızın çörək pulu qazanmaq üçün küçələrədə alver etməsini ürək ağrısı ilə dilə gətirmişlər. Xanhüseyn Kazımlı kimilər anlamalıdırlar ki, azyaşlıların küçələrdə oxumaqdansa, çörək pulu qazanmaqlarının birbaşa günahkarı özləridir. İlham Əliyev və məmurları bahalı həyat tərzi keçirdiyi vaxtda xalqın 99 %-i dilənçi vəziyyətində özlərinə çörək pulu qazanmağı düşünürlər. Məsələ burasındadır ki, məmurlar xalqdan oğurladığı pullarla özlərinə və yaxınlarına dəbdəbəli, bahalı həyat qururlar. Bu Azərbaycanda illərdir ki baş verən reallıqdır. İlham Əliyevin bu siyasəti üzündən Xanhüseyn Kazımlı kimilər quduraraq xalqa qarşı belə rəftar edirlər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın