Dad yarımçıq əlindən…

Azərbaycan Respublikasının hökuməti qeyri-legetimdir. Ölkədə keçirilən seçkilər hamısı bütövlükdə  saxtalaşdırıldığından və bu cinayət əməlləri artıq 20 ildən artıq müddətdə keçirilən seçkilərdə mütamadi olaraq təkrar edildiyindən xalq ölkədə fəaliyyətdə olan hakimiyyət qollarının heç birinə etimad göstərmir, inamsızlıq artıq yüz faiz səviyyəsindədir.

Məhkəmələrin bütövlükdə korrupsiyalaşdırılması, rüşvət bu qurumun onurğa sütununu zəbt edərək onu iflic vəziyyətinə salması ölkədə hüquq-mühafizə sisteminin mahiyyətini dəyişmişdir. Məhkəmələrin idarəçiliyini və bu prosesə nəzarət yuxarıdan aşağıya yox, aşağıdan yuxarı formasını almışdır. Bunun mahiyyəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işin bazar qiymətini müyyənləşdirir və növbəti instansiya məhkəməsinin digər proses iştirakçılarının pay bölgüsünü aparır. Pullar konvertdə işin toplandığı qovluğun birinci səhifəsində yerləşdirilir.

İş icraatına qəbul etmiş hakim onlar üçün olan konverti götürür və onu növbəti bölgüsü üzrə ötürür. Bu prodsedur səliqə ilə icra edildikdən sonra işin mahiyyəti ilə tanışlığa hec bir ehtiyac qalmır. Bundan sonra kompüterin yaddaşı işə düşür, bir sıra yazılarda dəyişikliklər aparılaraq əzəmətli dünyada analoqu olmayan və başında (kim bilir bəlkədə ayağında) İlham Əliyevin mürgülədiyi dövlətin adından növbəti bir hökm, qətnamə, qərar istehsal olunaraq dövriyyəyə buraxılır. Beləliklə, hüquq-mühafizə orqanı adını daşıyan kağız üzərində müstəqil məhkəmələr kimi adlandırsınlar, həqiqətdə isə qatı cinayətkarlardan formalaşdırılmış İlham Əliyev hakimiyyətini ən azı 15 (on beş) il bundan əvvəl çökdürmüş cənab Şeyxə fatihəsini də çevirtdirmişlər.

Ümumiyyətlə bu mövzular ətrafında qalaq-qalaq kağız qaralamış, Sizə göndərmişəm nəticəni isə bu günki acınacaqlı vəziyyətdə görərək dərin təssüf hissi keçirmək məcburiyyətindəyəm. Heç olmasa qəpik-quruş təqaüdümü xərcləyərək ərsəyə gətirib olduqlarından belə oxunmuş olsa idi uçdantutma kobud səhvlərə yol verməklə, ölkə üçün onun Konstitusiya quruluşuna təhlükə səviyyəsinə qalxmış səhvlər edilmişdi.

Ən kobud (detski) səhv isə “nəvə toyu” ətrafında yaradılmış və sürətlə inkişaf etdirilən şounu hesab edirəm.

Ramiz Mehdiyevi bəlkə də mənim qədər tanıyan, onun məkrli aləminə bələd olan adamlardan hazırda yaşayan yoxdur. El arasında onu “boz kardinal” adlandırmışdılar.

Korupsiya ilə mübarizə komissiyası yaradılaraq ona tapşırılan gün mən ona respublikan  baş krrupsianeri kimi müraciət etməyə başalmışam (o vaxtdan daim kənar şəxsin köməyinə ehtiyacı olan ömürlük birinci dərəcəli əlil yox, ipə-sapa yatmayan, hec bir yuxarı vəzifəli ilə hesablaşmayan dövlət qulluqcusu idim). İndi deyəsən onu öz adı ilə çağırmağa cəsarət etmək istəyənlər tapılib. Bu dəhşətli dərəcədə səhv addımdır.

Ramiz Ənvər oğlu (birinci dövrümüzdə ona belə müraciət edirdilər. Şox sadə bir gedişlə ilham Əliyevi “pak” vəziyyətinə saldı. Onun hakimiyyətin savadsızlığından kütbeyinliyindən və naşılığından istifadə edərək beş dəqiqə ərzində normal halda 50 ilə belə həllini təmin edə bilməyəcəyi məsələlər:

– R.M – komandasında olan bu gün həlledici postlar tutan daxilində DTX-nın gəlişini gözləyən, üzdə isə yaltaqlanmaq hesabına hakimiyyətdən və xalqdan əsas bir daha. BU-lardan iki-üç nümunə göstərməklə (onların indi sosial dəyəri qəpik-quruşla ölçülür). İlham Əliyevi ələ saldı.

– R.M-in sinəsinə Heydə Əliyev ordeninin bərkidilməsi hamının yaddaşındadır və onun ünvanına söylənənlər hələ də insanları riqqətə gətirir. Belə bir “şəxsiyyətə” isti-isti belə bir “hörmət və “ nümayiş etdirilməsi İlham Əliyevin ünvanına “düzələcək” deyənlərin sayını sıfıra endirdi. Mehdiyevin hazırda İlhama işləyən kadırlarını bir anın icərisində özlərinin əsas “xozeyin”lərinin ayağına qayıtmağa vadar etdi.

– İlham Əliyevin zəifliyindən (sözün əsl mənasında uşaqlığından) istifadə edərək trilyonlarla AZN oğurlayaraq kənara çəkilənlər, bu cərgəyə komandaya qoşulmağa hazırlaşanlar birmənalı olaraq ona inanmağın mümkünsüz və əsas söz sahibinin R.M olduğunu başa düşdülər.

– İqtidar komandasına yeni qoşulanlar caşqınlıq içərisindədir. Təkcə sabaha yox, hec bu günə də ümidləri yoxdur. Dövlət idarəçiliyində hərc-mərclik yaranmışdır;

– Qəti qərara gələ bilməyənlər bu hadisədən sonra İlham Əliyev hakimiyyətinə qarşı müxalifətdə sürətlə birləşir bütün resuslarını bu yarıtmaz iqtidarın süqutunun sürətləndirilməsinə yönəldirlər;

– R.M-in əsas qələbəsi ondan ibarət oldu ki, onun iqtidarla eyni cəbhədə olduğunun fikirləşənlər öz səhvlərini anladırlar və onun arxasında daha sıx birləşməyə yönəldilər. Bununla da siyasi oyunlarını maliyyətini anlamaq iqtidarında olmayan iqtidar R.M-ə misilsiz xidmət göstərmiş oldular;

   Yüz faiz dəqiqliklə bilirdi ki, analitik düşüncədən uzaq olan İlham Əliyev və onun müftəxorlardan, savadsızlardan ibarət komandası onun ətrafında “Şou” düzənləyəcək. Onun ətrafına toplanmış olduğu ağıldan kəmlər başqa bir şey düzünmək qabiliyyətində deyillər. İlham Əliyev R.M – lə açıq müharibəyə girəcək və ilk addım onun tərəfindən atılacaq. Elə bu dayazlıq da onun məhvə aparan ən qısa yol olacaq.

Allah dövlətimizi və xalqımızı qorusun.

Oxucularımın nəzrinə iqtidarın düşünülməmiş hərəkətlərini mən ölkənin daxilində gedən və gedecek proseslərin bəzilərinə işiq salmaq özünə borc bildim.

50 ilə yaxın Azərbaycanda şəriksiz hakimi mütləq olmuş. R.M-in xarici əlaqələri havadarları, şərikli və s. və i.a. o qədər yeni aspektlərin acılmasına yol aça bilər ki, bu iqtidar cəhənnəm, millətə çox baha oturar.

İqtidarda bircə düşünə bilən baş olsa idi R.M-ə nəinki bu qədər əlavə imkanlar yaradılmaz elə onun özünün on illərlə apanentlərə qarşı işləmiş olduğu konsvari fırıladqlarından birini qaldırıb ona hədiyyə etməklə hər şeyi yerinə qoymaq olardı.

Bu keçənə mən güzəşt deyə bilmirəm. Çünki belə bir ixtiyar sahibi deyiləm və olmaq da istəmirəm.

Hədsiz narahatlıqlarla, Tahir Babayev [+99450 331 58 11]

24.08.2020

Bunu paylaş: