Daşqının səbəblərini suyun mənsəbində yox, mənbəyində axtarmaq lazımdır…

Siyasəti rövnəqləndirən və onu çirkləndirən şəxslərdən başqa arabanın altıncı təkəri olan siyasətciklərin adını çəkməyi prinsiplərimə xəyanət hesab edirəm. Heç vaxt da hər iki halda – siyasətə müsbət və ya mənfi töhvə verənlərdən savayı qıraq-bucaqdakı artıq-urtuqlara, tör-töküntülərə fikir verməmişəm, məhəl qoymamışam. Daşqının səbəblərini suyun mənsəbində yox, mənbəyində axtarmaq lazımdır…
Amma o gündən bəri məni Azərbaycan siyasi politrasının buynuzu qırıq çəpişi obrazının mahir ifaçısı, milli və siyasi orientasiyasına görə axtalanmış “real” varlıq olan İlqar Məmmədovun bicəngə ritorikası rahat buraxmır. Daha doğrusu bu gülməli bəlağəti ilk oxuduqda səbrimi basaraq üstündən sükutla keçdim. Amma necə deyərlər ilanın yarpızdan zəhləsi gedər, o da gəlib bitər düz yuvasının ağzında. Necə ki, ha bu fikri görməzdən, eşitməzdən gəlməyə çalışdım, hər dəfə gəlib durdu qənşərimdə, burnumun ucuna toxunacaq qədər yaxın məsafədə.
Səhər ertədən yenə çıxdı qarşıma. Bu dəfə artıq münasibət bildirmək istədim ki, açılsın başımdan, bir də qabaqlaşmayaq…
Kişinin oğlu deyir ki, “deyirdim axı, mənə Azərbaycanın Saakaşvilisi deməyin. Adam həbsdən bəyan edib ki, yaratdığı partiyadan və ümumiyyətlə Gürcüstan siyasətindən gedir”.
Əvvəla bilmək maraqlı olardı, hansı səy, sərsəri bu adamı Saakaşviliyə tay tutub, ona bənzədib?! Mən şəxsən bu bənzətmə haqqında ilk dəfədir eşidirəm. Axı belə bir paralelliy aparmaq üçün adamdan kifayət qədər axmaqlıq tələb olunur. “Samozvoneç”lik edib özünə boy vermək, avamların diqqətini cəlb etmək, reytinq qazanmaq istəyirsə bu başqa məsələ. Deyirəm də belə axmaq adamın yalnız özü ola bilər. Sən kim olmusan, kimsən və ləkələdiyin reputasiyanla bundan sonra kim olacaqsan ki, özünü Saakaşviliyə tay-bərabər tutursan? Sən Azərbaycanın üz qarası olan siyasətcilərinin siyahısında ön sıradasan, bu belə də çapa verilib. Özü də çoxdan. Sən həbsdən çıxandan sonra kursunu dəyişəndən. Öz gözündə tiri görmürsən başqasının gözündə tük axtarırsan. Yox, əslində heç nə axtarıb eləmirsən. Sadəcə fürsətdən istifadə edib adını Saakaşvili ilə yanaşı çəkərək naşı adamlarda özün haqqında yüksək fikirlər yaratmaq istəyirsən. Və tələsdiyin məlum olur…
Saakaşvilnin söylədiyi ehtimal olunan bu fikri isə onun vəkili dilə gətirib və partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən dərhal təkzib olunub. Bildirilib ki, onlarda belə bir məlumat yoxdur, Saakaşvili bu barədə heç bir açıqlama verməyib, habelə onun tərəfindən bununla əlaqədar olaraq partiyanın siyasi rəhbərliyinə hər hansı müraciət olunmayıb.
Lap tutalım Saakaşvili belə bir addım atıb. Nə olsun? Hər kəsin gəldiyi yolla da geri qayıtmaq haqqı var. Onun da nə vaxtsa siyasətdən getmək haqqı var. Hətta getsə də adam gəldiyi kimi də gedir. Daha sənin kimi həbsxanaya düşəndə bir qiyafədə, çıxanda başqa donda çıxmır ki. Demir ki, bu gündən etibarən Gürcüstan hakimiyyətinin yandaşı olmaq missiyasını öz üzərimə götürürəm. Bu məqamda sən ona heç oxşamırsan.
Saakaşvilinin Gürcüstana nələr etdiyi, Cənubi Qafqazda örnək ola biləcək moderin bir dövlət yaratmaqla adını tarixə qızıl həriflərlə yazdırdığı bütün dünyaya bəllidir. Sən Azərbaycana yox, Azərbaycanda nə etmisən? Deyirəm: öz amalını pula satmısan; mövqeyini zorakılıq təhlükəsindən qorunmağa satmısan;
xalqın maraqlarını öz konservativ firqə maraqlarına satmısan; cildini dəyişib əsl simanı(simasızlığını)ortaya qoymusan; hakimiyyətin ehtiyat təkərinin bir boltuna çevrilmisən və s.
Azərbaycan siyasətində nəinki sən, heç birinci hesab etdiyiniz şəxs də Saakaşvili ilə müqayisə oluna bilməz. Bu çox gülməli alınar.
Ona görə də yalmanına hansı siyasət aşı töküblərsə get onu yeməyinin dalınca.

Nur An Əsər.

Bunu paylaş:

Bir cavab yazın